top
Alina Nəhmədova: Azərbaycanda rəqabət yoxdur, Serbiyada mübarizə var Idman.biz
03 mart 2026, 15:20
- ↺ +

Alina Nəhmədova: Azərbaycanda rəqabət yoxdur, Serbiyada mübarizə var

Azərbaycan qadın futbol millisinin hücumçusu Alina Nəhmədova karyerasını xaricdə davam etdirməyə qərar verən azərbaycanlı futbolçulardan biridir. "Neftçi"dən Partizan klubuna transfer olunan futbolçu artıq yeni komandasında iki oyunda forma geyinib.

İdman.Biz-ə müsahibəsində Nəhmədova Serbiyadakı həyatı və çempionatla bağlı təəssüratlarını bölüşüb.

- Serbiyada keçirdiyiniz ilk oyunları necə qiymətləndirirsiniz?

- İki oyunda 90 dəqiqə meydanda oldum. Serbiya çempionatı çox güclüdür. Çətin idi, çünki öyrəşməmişdim. Amma hesab edirəm ki, yaxşı çıxış etdim.

- Məşqçilər korpusundan hər hansı rəy almısınız?

- Açığı, dili bilmədiyim üçün baş məşqçi ilə üz-üzə danışmamışam. Amma az da olsa, bir-birimizi başa düşürük.

- Dil baryerindən başqa uyğunlaşma baxımından başqa çətinliklər oldumu?

- Xeyr, komandaya uyğunlaşmaq mənim üçün asan oldu. Problem yalnız dildədir – həm komanda daxilində, həm də ümumilikdə Serbiyadakı həyatda. Bəzən nəyisə jestlərlə izah etməyə çalışıram, çətin olur. Nə serb, nə də ingilis dilini bilirəm. Amma rusca danışıram, bu da vəziyyəti bir qədər asanlaşdırır, çünki onların dili rus dilinə müəyyən qədər bənzəyir. Yəni hər şey qaydasındadır.

- Serb dilini öyrənmək istərdinizmi?

- Demək olar ki, artıq bir az serb dilini bilirəm. Məsələn, "zdravo", "kako si", "şta radiş". Bu sözlər "salam", "necəsən", "nə edirsən" deməkdir. Amma mənim üçün daha vacib olan ingilis dilidir. Serbiyada bu dildə çox yaxşı danışmırlar, amma mən yalnız bu komandada oynamağı planlaşdırmıram. Gələcəyim üçün ingilis dilini öyrənəcəyəm.

- Azərbaycan və Serbiya qadın çempionatları arasında əsas fərq nədədir?

- Düşünürəm ki, rəqabətdə. Azərbaycanda rəqabət yoxdur. Serbiyada mübarizə var, ona görə də orada oynamaq daha çətindir. Bakıda oynamaq çox asandır.

- Sizcə, Azərbaycan çempionatının inkişafı üçün nə çatışmır?

- Sponsorlar lazımdır. İnvestisiya olmayanda heç kim Bakıya oynamağa gəlməz. Milliyə gəlincə isə, qızlarımızın çoxu xaricdə çıxış edir, təcrübə toplayır və milli komandamız güclənib.

- Serbiyadakı həyat sizə necə təsir edib?

- Çox gözəl ölkədir, ora getdiyim üçün çox xoşbəxtəm. İnsanlar mehriban və tərbiyəlidirlər. Amma cəmi bir aydır ki, oradayam, ona görə də mədəniyyəti daha yaxından öyrənməyə imkanım olmayıb. Əsasən məşqdən məşqə gedirəm, komanda yoldaşlarımla çox vaxt keçirirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Oxşar xəbərlər