Aleksander İsakın "Nyukasl"dan "Liverpul"a keçidi dünya futbolu tarixində üçüncü ən yüksək məbləğə başa gələn transfer olub.
İdman.biz xəbər verir ki, isveçli hücumçu İngiltərə çempionuna 125 milyon funt-sterlinq (€145 milyon) qarşılığında qoşulub.
Ondan daha baha başa gələn yalnız iki transfer var: Kilian Mbappenin "Monako"dan və Neymarın "Barselona"dan PSJ-yə transferləri. Fransalı futbolçu üçün €180 milyon, braziliyalı üçün isə €222 milyon ödənilmişdi.
Qeyd edək ki, İsakın keçidi eyni zamanda İngiltərə futbolu tarixində ən bahalı transfer olub. Əvvəlki rekord da Arne Slotun komandasına məxsus idi. Hücumameyilli yarımmüdafiəçi Florian Virts "Bayer"dən €125 milyon qarşılığında ayrılmışdı.
İdman.biz