top
AFFA rəsmisi Portuqaliyaya məğlubiyyətin səbəbini U-21 oyunçularının təcrübəsizliyində görür Idman.biz
06 sentyabr 2025, 17:25
- +

AFFA rəsmisi Portuqaliyaya məğlubiyyətin səbəbini U-21 oyunçularının təcrübəsizliyində görür

"Azərbaycanın U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində Portuqaliyaya məğlubiyyətinin səbəbi futbolçuların təcrübəsizliyidir".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov deyib.

Mütəxəssis məğlubiyyətə baxmayaraq, milliyə yaxşı futbolçular cəlb olunduğunu vurğulayıb: "Əlbəttə, belə hesablar adamı üzür. Baxmayaraq ki, Portuqaliya kimi komandanı məğlub etmək bu gün real görünmür. Həqiqətən onlar həmişə bizdən həm səviyyə, həm də nəticə baxımından üstün olublar. Ancaq düşünürəm ki, milliyə yaxşı futboçular cəlb edilib. Hansı ki, bir-iki ildən sonra əsas yığmaya dəvət ala bilərlər. Məğlubiyyətlərin əsas səbəblərdən biri budur ki, uşaqlar öz komandalarında az oynayırlar, təcrübə çatışmazlığı var. Əsasən əvəzedici heyətdə və daha aşağı yaş qruplarında çıxış edirlər. Sonra birdən-birə güclü rəqiblərin qarşısına çıxırlar. Uşaqları qınamıram və zəif olduqlarını demirəm. Sadəcə, az oynayırlar".

AFFA rəsmisi komandanın baş məşqçisi Ayxan Abbasova vaxt verilməli olduğunu düşünür: "Ayxan Abbasov gəldikdən sonra komandanın durumu yaxşıdır. Hazırlıq, yoldaşlıq görüşləri keçiriblər. Ayxan gənc məşqçilərdəndir. Klubda çalışıb, təcrübəsi var. Mənə elə gəlir ki, gələcəkdə yaxşı olacaq. Hər bir məşqçiyə nəticə üçün vaxt lazımdır. Ona inanmalıyıq. Hamı gəlib birdən-birə nəticə vermir ki. Ayxan komandanı formalaşdırmalı, möhkəmlənməli və taktikasını qurmalıdır. Hər şeyi nəticəyə bağlamaq düzgün deyil. Bizə lazımdır ki, azərbaycanlı futbolçular yetişsin".

O, Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasının da müəyyən rol oynadığını söyləyib: "Limitlə bağlı AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunmuşdu. Buna hazırlaşmalı idik. Razıyam ki, bir çox futbolçular limitə görə şans qazanmır. Amma eyni zamanda onun da deməliyəm ki, güclü olan oynamalıdır. "Şamaxı"da, "Qarabağ"da daim yerli futbolçular oynayır. Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov və başqa yerlilər həmişə şans qazanır. Yenə də düşünürəm ki, millinin belə nəticələr göstərməsinin ən böyük səbəbi uşaqların az oynamalarıdır. Yoldaşlıq görüşlərində çıxış etməlidirlər".

Qeyd edək ki, ötən gün baş tutan Portuqaliya - Azərbaycan matçı meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:59

Lionel Messi Argentina millisi üçün karyerasını başa vurdu

Futbol
Bu gün, 19:58

“Gəncəbasar” heyətinə 21 yaşlı hücumçu İlham Hüseynov cəlb edildi

Futbol
Bu gün, 19:58

“Gəncəbasar” heyətinə 21 yaşlı hücumçu İlham Hüseynov cəlb edildi

Futbol
Bu gün, 19:58

"Gəncəbasar" heyətinə 21 yaşlı hücumçu İlham Hüseynov cəlb edildi

Futbol
Bu gün, 19:58

“Gəncəbasar” heyətinə 21 yaşlı hücumçunun imzası

Futbol
Bu gün, 19:58

“Gəncəbasar” heyətinə 21 yaşlı hücumçu İlham Hüseynov cəlb edildi

Futbol
Bu gün, 19:45

Kanadalı hücumçu Conatan Devid Juventusdan Atletico Madridə icarə ilə keçdi

Futbol
Bu gün, 19:45

Kanadalı hücumçu Conatan Devid Juventusdan Atletico Madridə icarə əsasında keçdi

Futbol
Bu gün, 19:45

Kanadalı hücumçu Conatan Devid “Yuventus”dan “Atletiko”ya icarə əsasında keçdi

Şahmat
Bu gün, 19:24

III Beynəlxalq Qənirə Paşayevanın Xatirəsinə Şahmat Turniri Başa Çatdı – Qalibi Atilla Cabbarlı

Şahmat
Bu gün, 19:24

III Beynəlxalq Şahmat Turniri Qənirə Paşayevanın Xatirəsinə Bağlandı

Şahmat
Bu gün, 19:24

Qənirə Paşayevanın xatirəsinə həsr olunan III Beynəlxalq Şahmat Turniri tamamlandı

Futbol
Bu gün, 19:15

Liverpool, Fransalı forvard Bredli Barkolanı 123 milyon funtla PSG-dən transfer etdi

Futbol
Bu gün, 19:15

“Liverpul” PSG ulduzunu 123 milyon funtla transfer etdi

Futbol
Bu gün, 19:02

Araz‑Naxçıvan – Sabah matçı üçün hazırlıqlar və oyun detalları

Boks
Bu gün, 18:59

U-15 (Kadet) boksçular arasında Azərbaycan Kuboku Sentyabr 1-də başlayır

Futbol
Bu gün, 18:58

Manchester City 74 milyon manatlıq transfer həyata keçirdi

Futbol
Bu gün, 18:55

Araz‑Naxçıvan – Sabah qarşılaşması Qəbələdə keçiriləcək

Formula 1
Bu gün, 18:54

“Mercedes” sürücüsü Corc Rassell Azərbaycan Qran-prisində start mövqelərindən məhrum edilə bilər

Futbol
Bu gün, 18:50

Qəbələnin yeni baş məşqçi üçün Elmar Baxşıyev və Sənan Qurbanov əsas namizədlərdir

Futbol
Bu gün, 18:49

Araz‑Naxçıvan – Sabah matçının birinci hissəsi bərabərliklə başa çatdı

Futbol
Bu gün, 18:43

14‑yaşlı Leandro Lara Boliviya çempionatında debüt etdi, saç düzümü və ata‑vəzifəsi müzakirə yaradır

Olimpiada
Bu gün, 18:31

Bişkekdə “6-cı Dünya Köçəri Oyunları”nın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdi

Digər
Bu gün, 18:31

Bişkekdə “6-cı Dünya Köçəri Oyunları”nın açılış mərasimində Prezident İlham Əliyev iştirak edir

Oxşar xəbərlər