top
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib - QƏRARLAR İdman.biz
12 iyul 2024, 20:43
- +

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib - QƏRARLAR

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İdman.biz xəbər verir ki, iclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib. İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İclasda əvvəlcə AFFA Hakimlər Komitəsi ilə bağlı məsələlər, hakimlik sahəsindəki çatışmazlıqlar, problemlər müzakirə edilib. Bu xüsusda Hakimlər Komitəsinin kodeksinin hazırlanması tapşırılıb (intizam qaydaları, cəzaların müəyyənləşdirilməsi və s.). Eyni zamanda, Hakimlər Komitəsinin sədri ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə məlumat veriləcək.

Daha sonra futzal üzrə milli komandanın baş məşqçisi ilə bağlı məsələyə baxılıb. Vitali Borisovun müqaviləsi daha 1 il müddətinə uzadılıb.

Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi isə Sahib Məmmədov təyin olunub. Onunla müqavilənin müddəti 1 il nəzərdə tutulub.

İcraiyyə Komitəsi I və II Liqadakı mövcud vəziyyəti də müzakirə edib. "İrəvan" FK-nın bir neçə futbolçusunun danışılmış oyunlarda iştirakı etməsi, eləcə də, maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən klub AFFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb. AFFA bu cür neqativ hallara qarşı ciddi mübarizəsini bundan sonra da davam etdirəcək.

İcraiyyə Komitəsinin iclasında AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsü müzakirə olunub. Meyarlar bölgüsündə baş verən dəyişikliklərlə bağlı klublara məlumat verilməsi qərara alınıb.

AFFA-nın inkişaf strategiyasının yazılması ilə bağlı görülən işlərlə əlaqədar məlumat verilib, İcraiyyə Komitəsi üzvlərinin fikirləri dinlənilib. AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovun strategiyanın hazırlanması üzrə layihə rəhbəri təyin olunması barədə qərar qəbul olunub.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:35

Abdullah Zubir: "Heç vaxt hesab barədə düşünmürük, amma 7 qol vurmaq bizi sevindirir"

Digər
Bu gün, 10:23

Azərbaycan velosipedçiləri “Tour of Mersin” yarışında mübarizə aparacaq

Futbol
Bu gün, 10:20

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verildi: "Real" - "Bavariya", "Sportinq" - "Arsenal"

Futbol
Bu gün, 10:10

"Liverpul" Slotu dəstəkləyir

Futbol
Bu gün, 10:00

Dani Boltun "Qarabağ"da aldığı sarı vərəqə: Təsadüf, yoxsa "Sabah" oyunundan əvvəl hesablanmış taktika?

Futbol
Bu gün, 09:58

Qazaxıstanda iki hakimin oyunlara təyinatı səhvlərə görə dayandırılıb

Basketbol
Bu gün, 09:55

Azərbaycan Basketbol Liqasında Pley-in Mərhələsinin İkinci Oyunları Bu Gün Keçiriləcək

Voleybol
Bu gün, 09:50

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal oyunlarının başlama vaxtı və cütlüklər açıqlanıb

Futbol
Bu gün, 09:47

Kimmixin "Real"la oyun öncəsi Mbappe haqqında fikirləri: "O, bir silahdır"

Futbol
Bu gün, 09:40

"Santos" Neymarı Mundiala Hazırlamaq Üçün Strategiya Qurur

Futbol
Bu gün, 09:38

Bu gün Çempionlar Liqasında 1/4 final oyunlarına start verilir: "Real" - "Bavariya", "Sportinq" - "Arsenal"

Futbol
Bu gün, 09:34

"Araz-Naxçıvan" - "Sabah" oyunu: Matç öncəsi məlumatlar

Futbol
Bu gün, 09:24

"Zirə" - "Şamaxı" oyunu bu gün: Premyer Liqanın 26-cı tur qarşılaşması

Futbol
Bu gün, 09:23

Lamin Yamalın müqaviləsində "Qızıl top" bonusu: Maaşı 10 milyon avroya qədər arta bilər

Futbol
Bu gün, 09:20

"Araz-Naxçıvan" - "Sabah" Matçı Mərdəkanda Keçiriləcək

Futbol
Bu gün, 09:18

"İmişli" - "Turan Tovuz" oyunu bu gün baş tutacaq

Futbol
Bu gün, 09:10

Dieqo Tristan "Kordoba B"-nin baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 09:08

Konate "Liverpul"la yeni müqaviləyə yaxındır

Futbol
Bu gün, 09:00

"Zirə" - "Şamaxı" qarşılaşması: Qartallar şirlərə qarşı

Futbol
Bu gün, 08:40

"Liverpul" və "Çelsi" Yann Diomande üçün mübarizəyə qoşulub

Futbol
Bu gün, 08:20

"İmişli" - "Turan Tovuz" oyunu: Misli Premyer Liqasında XXVI tur

Futbol
Bu gün, 08:10

"Mançester Siti" Qvardiola getməsi halında Kompani və Naqelsmanı nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

"Çelsi" Valentin Barko ilə 6 illik müqavilə şərtlərində razılığa gəlib

Boks
Bu gün, 07:11

Azamat Murzakanov Paulo Kostanı öldürməklə hədələyib

Oxşar xəbərlər