Almaniya qadın məşqçi Sabrina Vittman kişi komandasına rəhbərlik edəcək.
İdman.biz xəbər verir ki, 32 yaşlı mütəxəssis "İnqolştadt"ın baş məşqçisi təyin olunub.
Vittman 54 yaşlı həmkarı Mihael Kyöllneri əvəzləyib. Bu barədə klub rəsmi açıqlama verib: Sabrina "İnqolştadt"ın U-17, U-19 komandalarında fəaliyyət göstərib.
Qeyd edək ki, komanda Almaniya 3-cü liqasında 49 xalla 11-ci pillədə qərarlaşıb.
İdman.biz