"Red Bull" komandasının pilotu Maks Ferstappen ABŞ Qran-prisində sıralama turunda ilk yeri tutub.
İdman.Biz bildirir ki, "McLaren" pilotu Lando Norris ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.
Dördüncü yerdə "Mercedes"dən Corc Rassel qərarlaşıb.
Yeddiqat dünya çempionu Lyuis Hemilton ("Ferrari") beşinci, çempionatın lideri Oskar Piastri ("McLaren") isə altıncı olub.
İlk onluğa həmçinin Andrea Kimi Antonelli ("Mercedes"), Oliver Berman ("Haas"), Karlos Sayns ("Williams") və Fernando Alonso ("Aston Martin") daxil olublar.