top
Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasında nəqliyyat məhdudiyyətləri olacaq Idman.biz
11 sentyabr 2025, 09:17
- +

Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasında nəqliyyat məhdudiyyətləri olacaq

15 sentyabr tarixindən etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sentyabrın 19–21-də keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-prisi 2025 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 12-də gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq.

İdman.biz xəbər verir ki, məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə sentyabrın 15-də gecə saat 01:00-dan sentyabrın 23-də səhər saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Məhdudiyyətlər tətbiq olunan zonalarda giriş-çıxış yalnız "Yaşayış Yerinə Giriş İcazəsi" ilə mümkün olacaq.

Qeyd edək ki, son iki ilin təcrübəsinə əsaslanaraq, bu il də şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq.

Sentyabrın 15-16-17-də yarış zolağının aşağıda sadalanan giriş-çıxış hissələri səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və durma olmadan sərbəst olacaq.

18 sentyabr tarixində isə səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək bu yollar açıq olacaq.

Giriş nöqtələri:
- Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində.
- M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində.
- S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində.
- Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində.
- Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.

Çıxış nöqtələri:
- Neftçilər prospektindən Bakı Dəniz Limanı və Crescent Mall istiqamətində.
- İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində.
- Neftçilər prospektindən Azneft dairəsi və Dəniz Mall istiqamətində.

BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit korridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, Tranzit dəhlizləri açıq olduğu zaman, nəqliyyat vasitələrinin parklaması, sərnişin minmə və enməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

Aleksis Sançes “Kleb de Fut Monreal”a transfer olunub

Futbol
Bu gün, 06:13

Lyuis Holl “Mançester Yunayted”ə keçmək istəyir

Futbol
Bu gün, 05:20

Tottenhem "Monako"ya 60 milyon avro təklif edib

Futbol
Bu gün, 04:10

„Korintians“ Memfis Depay ilə müqaviləni yeniləməmək qərarına gəlib

Futbol
Bu gün, 03:19

“Arsenal”ın müdafiəçisi “Mançester Yunayted” və “Çelsi”yə təklif olunub

Futbol
Bu gün, 02:30

Fənərbaxçaplay-off mərhələsinə yüksəldi

Futbol
Bu gün, 02:11

"Mançester Siti" "Çelsi"dən Enso Fernandesin transferi üçün 120 milyon funt sterlinq təklif edib

Futbol
Bu gün, 01:52

Ronald Arauxo: İngiltərə Premyer Liqası mənim keyfiyyətlərimə uyğundur

Futbol
Bu gün, 01:19

Makallister "Siti"yə gələ bilər

Futbol
Bu gün, 01:00

Srvena Zvezda Hapoelə məğlub olduqdan sonra baş məşqçisini qovdu

Futbol
Bu gün, 00:59

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları

Futbol
Bu gün, 00:44

NEC Neymegen tarixində ilk dəfə Çempionlar Liqasının pley-offuna çıxıb

Futbol
Bu gün, 00:35

Fənərbağça Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlib

Futbol
Bu gün, 00:20

Slovan Bratislava Çempionlar Liqasında Möllbüə qalib gəlib

Minifutbol
Dünən, 23:59

Gürcülər UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı

Basketbol
Dünən, 23:50

U-16 qadın milli basketbol komandası İsveçə məğlub olub

Futbol
Dünən, 23:37

Kriştianu Ronaldu və Corcina Rodriges nişanlandı - FOTO

Futbol
Dünən, 23:08

Bodo-Qlimt Çempionlar Liqasına yaxınlaşdı

Futbol
Dünən, 22:50

Sabahın baş məşqçisi hesab edir ki, komandadakı oyunçular peşəkardırlar

Futbol
Dünən, 22:44

"Kayrat" Çempionlar Liqasının əsas mərhələsindən kənarda qaldı

Futbol
Dünən, 22:36

Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

Futbol
Dünən, 22:28

Poulsen: “Sabah”ın hücumuna qarşı böyük səhvlər etdik”

Futbol
Dünən, 22:11

Karvan-Yevlax 1-ci liqa komandası üzərində qələbə qazanıb

Futbol
Dünən, 21:44

Vitinya “Qızıl top”un PSJ oyunçularına verilməsini istəyir

Oxşar xəbərlər