top
Bakıda Formula 1 üzrə Azərbaycan Qran-prisi: Maks Ferstappen liderdir, əsas yarış davam edir - YENİLƏNİR Report.az
21 sentyabr 2025, 16:17
- +

Bakıda Formula 1 üzrə Azərbaycan Qran-prisi: Maks Ferstappen liderdir, əsas yarış davam edir - YENİLƏNİR

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.

"Report"un məlumatına görə, "Red Bull" pilotu Maks Ferstappen 40-cı dövrədən sonra da liderdir.

"Mercedes"dən Corc Rassell ikinci, Uilyams"dan Karlos Sayns üçüncü yerdədir.

Qeyd edək ki, Maks Ferstappen 2022-ci ildə də Azərbaycan Qran-prisinin qalibi olub.

16:00

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.

"Report"un məlumatına görə, "Red Bull" pilotu Maks Ferstappen 30 dövrədən sonra hələ də liderdir.

"Mercedes"dən Corc Rassell ikinci, Ferstappenin komanda yoldaşı Yuki Tsunoda üçüncü yerdədir.

"Maklaren"dən Lando Norris dördüncü, "Ferrari"dən Lyuis Hemilton beşincidir.

15:42

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.

"Report"un məlumatına görə, "Red Bull" pilotu Maks Ferstappen 20 dövrədən sonra liderdir.

"Uilyams"dan Karlos Sayns, "Reysinq Bulls"dan Liam Louson növbəti sıralarda qərarlaşıblar.

"Mercedes"dən Corc Rassell dördüncü, Ferstappenin komanda yoldaşı Yuki Tsunoda beşincidir.

15:23

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir.

"Report"un məlumatına görə, 10 dövrədən sonra "Red Bull" pilotu Maks Ferstappen liderdir.

"Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yerdədir.

Yarışın startında "Maklaren" pilotu Oskar Piastri qəza törədib.

15:00

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

"Report"un məlumatına görə, mübarizəyə saat 15:00-da start verilib.

Ötən gün sıralama turunda "Red Bull" pilotu Maks Ferstappen birinci olub. "Uilyams"dan Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub. "Mercedes"dən Andre Kimi Antonelli dördüncü, onun komanda yoldaşı Corc Rassell beşinci pillədə qərarlaşıb.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı səkkiz turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə "Maklaren"dən Oskar Piastri bütün rəqiblərini qabaqlayıb. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.

Azərbaycan Qran-prisinədək "Maklaren" pilotu Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris (293 xal) ikinci, "Red Bull"dan Maks Ferstappen (230 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda isə "Maklaren" liderdir - 617 xal. "Ferrari" ikinci (280 xal), "Mersedes" (260 xal) üçüncü pillədə qərarlaşıb.

Formula 1 Azərbaycan Qran-prisi əsas yarış Bakıda Formula 1
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Hans-Dieter Flikin "Barselona"dan ayrılmaq istəməsinin səbəbləri açıqlanıb

Futbol
Bu gün, 07:12

Hans-Dieter Flik Lamin Yamalın zədəsi və durumu haqqında danışıb

Futbol
Bu gün, 06:39

Çempionlar Liqası: 4-cü turunun ilk oyun gününün nəticələri

Boks
Bu gün, 06:11

"UFC döyüşçülərinin "UFC Fight Night 263"-dən sonra yenilənmiş reytinq cədvəli dərc olunub"

Futbol
Bu gün, 05:15

Argentina millisi Anqola səfəri öncəsi peyvənd olunacaq

Futbol
Bu gün, 04:02

Erlinq Haland Messi və Ronaldo ilə Müqayisələrə Cavab Verdi

Futbol
Bu gün, 03:14

Luis Dias Çempionlar Liqasında iki qol vurub qovulan ikinci oyunçu oldu

Futbol
Bu gün, 02:39

“Monako” Çempionlar Liqasında “Bodö-Qlimt”ə qalib gəlib - VİDEO

Futbol
Bu gün, 02:33

"Yuventus" və "Sportinq" heç-heçə oynadı: Vlahoviçin qolu qələbə gətirmədi

Futbol
Bu gün, 02:28

"Tottenhem" "Kopenhagen"i böyük hesabla məğlub edib

Futbol
Bu gün, 02:22

"Atletiko Madrid" "Yunion"u 3-1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 02:15

"Bavariya" PSJ-ni səfərdə məğlub edib

Futbol
Bu gün, 02:09

"Olimpiakos" və PSV Çempionlar Liqasında heç-heçə etdilər

Futbol
Bu gün, 02:03

"Liverpul" "Real Madrid"i minimal hesabla məğlub etdi

Voleybol
Bu gün, 01:51

Valeriya Kondratyeva: İlk oyunda qələbə qazanmaq vacib idi

Futbol
Bu gün, 01:37

Niko Kovaç "Mançester Siti" ilə oyun öncəsi: Yüksək müdafiə xətti və risk etməyə hazırlıq

Futbol
Bu gün, 01:18

"Liverpul" azarkeşləri Trent Aleksandr-Arnoldu "Real Madrid"in oyunçusu kimi fitə basıblar

Futbol
Bu gün, 01:00

Maks Doumen Çempionlar Liqasının ən gənc oyunçusu rekordunu yeniləyib

Minifutbol
Bu gün, 00:59

Azərbaycan futzal millisi Liviyaya qalib gələrək zəif olmadığını sübut etdi

Minifutbol
Bu gün, 00:43

Kukseviç: "Fasilədəki söhbət ikinci hissədə effektini göstərdi, daha fərqli hesabla qələbə qazana bilərdik"

Basketbol
Bu gün, 00:27

Devonte Qrin FIBA Avropa Kubokunda oktyabrın ən yaxşı basketbolçusu seçilib

Minifutbol
Bu gün, 00:14

Minifutbol üzrə ölkə çempionatında 2-ci tur başladı: "Lerik Əvilə" və "Aznur" liderliyə yüksəldi

Futbol
Bu gün, 00:13

Əliyar Ağayevin hakimliyi ilə "Arsenal" "Slaviya" üzərində qələbə qazanıb

Futbol
Dünən, 23:56

Əliyar Ağayevin hakimliyi ilə "Arsenal" "Slaviya Praqa"nı böyük hesabla məğlub etdi

Oxşar xəbərlər