Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında son 20 ilin rekordu qeydə alınacaq.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev bildirib.
O, turnirdə idmançı və iştirakçı qeydiyyatı baxımından 20 ilin rekordunun qeydə alındığını vurğulayıb:
"Hər kəs Azərbaycana gəlmək istəyir. Bu, dövlətimizin idman siyasətinin nəticəsidir".
Baş katib daha sonra idmançılara uğurlar arzulayıb və onlara tövsiyyələrini verib.
Xatırladaq ki, dünya çempionatı 27 iyul – 2 avqust aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.