top
Elçin Cəfərov: Yunan-Roma güləşində Avropa çempionluğu düzgün qurulan işin nəticəsidir Report.az
25 April 2026, 15:25
- ↺ +

Elçin Cəfərov: Yunan-Roma güləşində Avropa çempionluğu düzgün qurulan işin nəticəsidir

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin ardıcıl üçüncü dəfə Avropa çempionu olması düzgün qurulmuş işin nəticəsidir.

Bunu "Report"a açıqlamasında millinin sabiq məşqçisi Elçin Cəfərov bildirib.

"Şöhrət" ordenli mütəxəssis Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan təmsilçilərinin çox yaxşı mübarizə apardığını bildirib:

"Bu sabitliyin sirri düzgün işin qurulmasındadır. İkincisi, qalibi heç vaxt sorğu-sual və mühakimə etmirlər. Komanda birinci oldu, uşaqlar çox yaxşı fiziki, taktiki və texniki hazırlıq göstərdilər. Artıq üçüncü dəfədir ki, Avropada komanda hesabında birinci oluruq və mən doğrudan da belə nəticə gözləyirdim".

E.Cəfərov bəzi çəki dərəcələrində qızıl medal gözləntilərinin olduğunu qeyd edib:

"Sadəcə, bir neçə medalın yeri səhv düşdü. Nihat Məmmədlini və Sənan Süleymanovu qeyd edərdim. Final görüşləri haqqında qabaqcadan qəti danışmaq olmaz, amma müəyyən gözləntilər var idi. Mən gözləyirdim ki, 77 kq-da Sənan Süleymanov finalda mübarizə aparar. Həmçinin Nihat Məmmədli (60 kq), Murad Əhmədiyev (97 kq) və Ruslan Nurullayevdən (72 kq) də gözləntilər belə idi. Amma orada hakim faktoru, çəkisalma məsələləri kimi müxtəlif problemlər olur".

O, komandanın ümumi uğurunda hər bir idmançının rolunu xüsusi qeyd edib:

"Hətta medal qazanmayan digər beş idmançımız da komandanın birinci olması üçün önəmli xallar əldə etdilər. Onlar həmin xalları qazanmasaydılar, komanda çempion ola bilməzdi. Hesab edirəm ki, bu iş belə davam etsə, dünya çempionatında da böyük uğurlarımız olacaq. Hazırlıq mərhələsi, təlim-məşq toplanışları və təminat məsələləri federasiyanın diqqətindədir".

Qeyd edək ki, yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Azərbaycan millisi komanda hesabında birinci olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 11:54

Anar Quliyev Azərbaycan yığmasının Asiya Kubokundakı uğurlarını yüksək qiymətləndirib

Qarabagh FC
Today, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9‑cu qarşılaşması

Football
Today, 10:43

Əsgərov: Qrupun əsas çətinliyi Latviya və Gürcüstan olacaq

Minifootball
Today, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Football
Today, 09:58

UEFA Avropa Liqası: Renn evdə Olimpiakosla qarşılaşacaq

Qarabagh FC
Today, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar

Basketball
Today, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Basketball
Today, 09:07

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Football
Today, 03:54

Qalatasaray, Ştutqart qarşısında parlayan Batrakovla müqaviləni yenidən gözdən keçirəcək

Football
Today, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Football
Yesterday, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandası məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Football
Yesterday, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Football
Yesterday, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Judo
Yesterday, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Minifootball
Yesterday, 18:21

AFFA Azərbaycan futzal liqaları üçün 2026/2027 mövsümündə transfer pəncərələrinin tarixlərini açıqladı

Football
Yesterday, 17:33

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2026/27 mövsümündə qrup rəqibləri açıqlanıb

Football
Yesterday, 17:01

Martin Subimendi qış transferində Arsenaldan ayrılma ehtimalı

Others
Yesterday, 16:29

Azərbaycanlı taekvondoçu Qaşim Maqomedov Belqrad turnirində qızıl medal qazanıb

Football
Yesterday, 16:01

İspaniya Kubokunun oyunları Jesús de Miguelin vəfatı səbəbindən təxirə salındı

Football
Yesterday, 15:47

Vikingin baş məşqçisi Arsheym Sabaha qarşı maraqlı və gərgin oyun gözləyir

Football
Yesterday, 15:01

Barcelona, Aston Villa futbolçusu Joan Manzambi-yə maraq göstərir

Wrestling
Yesterday, 14:06

Arseniy Djioyev 2026 noyabr ayı reytinqində birinci pillədə

Football
Yesterday, 13:10

Tenerifə klubu futbolçusu Xesus de Migel oyun zamanı ağır zərbə alaraq vəfat etdi

Football
Yesterday, 13:00

Samir Abasov: 'Sabah' 'Vikinq'ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq

Related news