Bakıda keçiriləcək U-17 dünya çempionatından əvvəl Azərbaycanın güləş millilərinin açıq məşqi baş tutub.
"Report"un məlumatına görə, hazırlıq prosesi yarışın təşkil olunacağı Milli Gimnastika Arenasında gerçəkləşib.
Məşqləri federasiya rəsmiləri də izləyiblər.
Xatırladaq ki, dünya çempionatı 27 iyul – 2 avqust aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.
Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq.