Bakıda keçiriləcək U-17 dünya çempionatı çərçivəsində Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları azarkeşlərlə görüşəcək.
Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, "İmza mərasimi" zamanı güləş həvəskarları tanınmış idmançılarla görüşmək, onlardan imza almaq və xatirə şəkli çəkdirmək imkanı əldə edəcəklər.
Görüşlərin proqramı aşağıdakı kimidir:
27 iyul – Fərid Mansurov (15:30–16:00)
28 iyul – Taleh Məmmədov (14:45–15:15)
29 iyul – Rəsul Çunayev (13:45–14:15)
30 iyul – Rafiq Hüseynov (14:45–15:15)
31 iyul – Toğrul Əsgərov (14:45–15:15)
1 avqust – Namiq Abdullayev (14:45–15:15).
Qeyd edək ki, imza mərasimləri Milli Gimnastika Arenasında keçiriləcək.