Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Abdullayev Bakıda keçiriləcək U-17 dünya çempionatında idmançılar üçün lazımi şəraitin yaradıldığını söyləyib.
"Report"un məlumatına görə, qurum rəsmisi bu barədə komandaların açıq məşqçində danışıb.
Olimpiya çempionu güləşçilərə uğurlar arzulayıb:
"Azərbaycan Güləş Federasiyası idmançılar üçün lazımi şərait yaradıb. Tələbələrimin tələbələrinin çempion olmasını istəyirəm. Güləşçilərimiz əzmkarlıq göstərəcəklər. Doğma arenada da bayrağımız dalğalanacaq, himnimiz səslənəcək. Bu yarış güləşçilərimiz üçün bir şansdır. Qələbələri bol olsun. İnanıram ki, idmançılarımız xalqımızı sevindirəcəklər. Azərbaycan Güləş Federasiyasına göstərdiyi diqqət və qayğıya görə minnətdaram. Milli Olimpiya Komitəsi, Gənclər və İmdan Nazirliyinə də təşəkkür edirəm".
Xatırladaq ki, dünya çempionatı 27 iyul – 2 avqust aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.