Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
"Report"un məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı finalda özbəkistanlı Bunyod Hasanova uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Daha əvvəl təmsilçilərimizdən Əli Cavadlı (45 kq) (qızıl VƏ YA gümüş) İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) mundialın bürünc medalına sahib çıxıblar.