Rusiyalı sabiq voleybolçu Yekaterina Qamova 2026-cı ildə Beynəlxalq Voleybol Şöhrət Zalının üzvü olacaq.
"Report" xəbər verir ki, bununla bağlı mərasim oktyabrın 17-də ABŞ-nin Massaçusets ştatının Holiok şəhərində təşkil ediləcək.
Y.Qamova karyerası ərzində Yay Olimpiya Oyunlarının ikiqat (2000 və 2004) gümüş mükafatçısı, ikiqat dünya (2006, 2010) və ikiqat Avropa (1999, 2001) çempionudur.
O, həmçinin 2002-ci ildə dünya çempionatının bürünc medalını qazanıb.