top
Azərbaycan milli voleybol komandası fiziki cəhətdən rəqiblərinə uduzur Report.az
09 June 2026, 11:19
- ↺ +

Azərbaycan milli voleybol komandası fiziki cəhətdən rəqiblərinə uduzur

Azərbaycanın kişi voleybolçularından ibarət yığması rəqiblərinə fiziki cəhətdən uduzur.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Boris Qrebennikov deyib.

Mütəxəssis Avropa Liqasında ardıcıl 2 məğlubiyyətə münasibət bildirib:

"Bu mövsüm üçün ən vacib tapşırıq gənc oyunçuların əvvəlki illərdə yığmada çıxış etmiş voleybolçuların yerinə inteqrasiya olunmasıdır. Həmin oyunçular məşq prosesində faydalı olsalar da, son mövsümlərdə nəticə baxımından yükü öz üzərilərinə götürmürdülər. Heyətə 4 nəfər 18 yaşlı, perspektivli voleybolçu cəlb etməklə gənclərin yığmanın yenilənməsi prosesinə inteqrasiyasını sürətləndirdik. Bu, komanda üçün yeni bir dövrün başlanğıcıdır və qələbələr qazanmaq üçün çətin oyunlarda müəyyən təcrübə toplamaq lazımdır. Hazırda bu təcrübəni qazanırıq. Yalnız güclü komandalarla mübarizə aparmaqla hansı istiqamətdə irəliləməli olduğumuzu görürük".

O, komandanın fiziki cəhətdən bütün rəqiblərinə uduzduğunu vurğulayıb:

"Yığmada yeni baş məşqçi var, buna uyğun olaraq yeni tələblər və fərqli oyun konsepsiyası tətbiq edilir. Komandanın 30 faizi yenilənib və kollektiv yeni mərhələyə qədəm qoyur. Komandaya yeni sxemlərin işlənilməsi, avtomatizmin formalaşdırılması və təbii ki, qələbələrin sayının artırılması lazımdır, bunun üçün isə zaman tələb olunur. Bu il yığmaya gələn gənc oyunçulara yalnız voleybolun elementar qaydaları öyrədilib. Lakin onlar çıxış edəcəkləri klublarda öz yerləri uğrunda mübarizə aparmağı da bacarmalıdırlar. Bu gün reallıqda komanda fiziki cəhətdən bütün rəqiblərinə uduzur. Amma bunun üzərində işləmək mümkündür və lazımdır. Fiziki cəhətdən daha güclü rəqibə necə qalib gələ bilərik? Cavab bəllidir: daha inkişaf etmiş texnika, oyunda zəngin variasiyalar və oyun elementlərinin daha dəqiq icrası ilə. Bu çətindir, lakin hər şey oyunçuların böyümək, tərəqqi etmək və addım-addım qələbələrə doğru irəliləmək istəyindən asılıdır. Oyunçuların və komandanın istəyi nə qədər böyük olarsa, qələbələr də bir o qədər tez qazanılar".

B.Qrebennikov məğlubiyyətlərə baxmayaraq, komandada daxili mühitin müsbət olduğunu söyləyib:

"Bu mövsüm gənclik və təcrübənin yaxşı vəhdəti yarandı. Komandada mühit olduqca müsbətdir. Təcrübəli oyunçular hər zaman gənclərə himayədarlıq edir, gənclər isə öz növbəsində voleybolda böyümək üçün öz enerjilərini və motivasiyalarını onlara ötürürlər".

Qeyd edək ki, Azərbaycan yığması Avropa Liqasında keçirdiyi son iki görüşdə İsveç və Yunanıstana 0:3 hesabı ilə məğlub olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Yesterday, 22:55

Turan Tovuz beat Şəfa 0:1 - Video review

Qarabagh FC
Yesterday, 22:25

İmişli – Qarabağ (0:2) match video recap

Judo
Yesterday, 20:11

Azərbaycan Güləş Federasiyası Cüdo Federasiyasını dünya çempionatındakı tarixi nəticələr münasibətilə təbrik edib

Qarabagh FC
Yesterday, 09:35

Misli Premyer Liqasında VII turun iki oyunu bu gün yekunlaşdırılacaq

Basketball
10 October 2026, 22:58

"Neftçi" started the season by defeating "Ordu" 83-79, while "LANDAU Lions" beat NTD 102-68;

Basketball
10 October 2026, 09:49

Azərbaycan Basketbol Liqasının II turunda "LANDAU Lions" NTD və "Neftçi" "Ordu" ilə qarşılaşacaq

Football
10 October 2026, 00:41

Azerbaijan women's national team defeated Antalyaspor 2-1.

Football
10 October 2026, 00:33

Video presentation of the 0:0 draw of the Neftçi‑Sabah match

Football
09 October 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Football
09 October 2026, 19:49

Turkish Football Federation dismissed Montella

Football
09 October 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Football
09 October 2026, 12:55

Asif Əliyev: Neftçi və Sabah arasındakı matçda nəticənin heç‑heçə olacağını gözləyir

Football
09 October 2026, 11:31

Mikel Arteta, Arsenalla yeni müqavilə imzalayaraq, dünyanın ən yüksək maaşlı baş məşqçisi oldu

Basketball
09 October 2026, 10:39

ABL will host Sumqayıt against Nakhchivan at home in the second round;

Football
09 October 2026, 05:14

Ancelotti broke a record in Brazil's national team by achieving the lowest win percentage

Football
08 October 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Judo
08 October 2026, 22:46

Judo World Championship held in Baku: Azerbaijan in third place

Football
08 October 2026, 21:23

UEFA appoints AFFA chief for Women's World Cup 2027 qualifying match

Judo
08 October 2026, 19:39

Murad Fətiyev: Dünya çempionatında medallarımızın sayı artacaq

Football
08 October 2026, 19:25

"Imishli" PFK – Zamir Hasanov and Rasul Allahverdiyev part ways;

Others
08 October 2026, 17:50

III Beynəlxalq Xankəndi Ultramarafonunun birinci mərhələsinin qalibləri açıqlanıb

Football
08 October 2026, 15:04

Neftçi – Sabah matçının hakimi Rauf Cabarov təyin edildi

Judo
08 October 2026, 11:59

Süleyman Şükürov dünya çempionatının ikinci mərhələsində məğlub oldu

Football
08 October 2026, 10:41

“Sabail” transferred “Sertan Tashkin”;

Related news