Azərbaycanın qadınlardan ibarət voleybol millisinin məqsədi Avropa çempionatında yer aldığı qrupdan çıxmaqdır.
"Report" xəbər verir ki, bunu yığmanın kapitanı Ayşən Abduləzimova deyib.
O, Avropa çempionatına hazırlıqla bağlı danışıb:
"Avqustun 21-də voleybol bayramı olacaq. Avropa çempionatı Azərbaycanda ikinci dəfə keçiriləcək. Məqsəd yer aldığımız qrupdan çıxmaqdır. Polina Rəhimovanın da heyətə qoşulması gücümüzə əlavə güc qatacaq".
Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri yer alıblar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.