UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - ÇSKA (Sofiya, Bolqarıstan) oyunu başlayıb.
"Report" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçın baş hakimi italiyalı FIFA referisi Daniele Kiffidir.
Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.
Bu dueldə qələbə qazanan tərəf "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.