Azərbaycan şahmatçısı Read Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən rapid və blits üzrə gənclər arasında (U-20) dünya çempionatında bürünc medal qazanıb.
Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Ölkəni yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edir.
Rapid üzrə mübarizədə 9 turda 7 xal toplayan R.Səmədov üçüncü yeri tutub. O, liderdən yarım xal geri qalıb. Ş.Talıbov isə 6,5 xalla 8-ci olub.
Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır.
Bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.