Azərbaycanın akademik avarçəkənləri Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Dünya Kubokunun ikinci mərhələsində mübarizə aparacaqlar.
"Report" Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəni 2 idmançı təmsil edəcək.
Yarışa Ziya Məmmədzadə və Nurlan Paşayev qatılacaq.
Qeyd edək ki, Dünya Kuboku iyunun 12-14-də keçiriləcək.