top
Qız hara, idman hara? – Zülfiyyə Hüseynovanın idmanla və həyatla mübarizəsi Oxu.az
Today, 07:00
- ↺ +

"Qız hara, idman hara?" – Zülfiyyə Hüseynovanın idmanla və həyatla mübarizəsi

Bəzən insanın ən böyük rəqibi tatamidə qarşısında dayanan idmançı deyil, onun arzularına inanmayıb yoluna sədd çəkənlər olur. Elə insanlar var ki, onlara "bacarmazsan" deyildikcə daha da güclənirlər. Zülfiyyə Hüseynovanın həyat hekayəsi də məhz belə mübarizənin nümunəsidir.

Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Azərbaycan cüdosunun və sambosunun tanınmış simalarından biri, dünya və Avropa çempionu, iki Olimpiya Oyunlarının iştirakçısı Zülfiyyə Hüseynovanın həyat yolundan bəhs edəcəyik.

Nənəsinin yanında böyüyən balaca Zülfiyyə

Zülfiyyə Hüseynova 15 oktyabr 1970-ci ildə Beyləqanın Qaradağlı kəndində dünyaya gəlib. O, həyatının ilk illərini nənə-babasının yanında keçirib. Hələ 28 günlük olarkən nənəsinin himayəsinə verilən Zülfiyyə 10-11 yaşına qədər onlarla yaşayıb. Atasını erkən yaşda itirməsi ailənin həyatına da təsirsiz ötüşməyib.

Anası iki övladını böyütmək üçün asan olmayan bir yol seçib. Ailəsini dolandırmaq naminə qaynaqçı işləyib. Zülfiyyənin uşaqlıq illəri də məhz bu zəhmətin, çətinliklərin və ailə qayğılarının içində keçib.

Amma onun xarakterində kiçik yaşlarından fərqli bir cəhət vardı: güclü olmaq istəyi. Özü də sonralar müsahibəsində uşaqlıqdan nadinc olduğunu, oğlanlarla böyüdüyünü və heç kimdən geri qalmaq istəmədiyini söyləyib.

İdmandan kənar: Qız hara, idman hara? deyənlərə meydan oxuyan çempion - Foto

"Qız hara, idman hara?"

Zülfiyyənin idmana marağı hələ 1980-ci ildə, Moskva Olimpiadasını televiziyadan izlədiyi vaxt yaranıb. Tatamidə mübarizə aparan idmançıları görən balaca qız da cüdo ilə məşğul olmaq arzusuna düşüb.

Ancaq həmin dövrdə qız uşaqlarının idmana getməsi hər ailədə qəbul olunan qərar deyildi. Onun ailəsində də bu seçimə əvvəlcə isti yanaşmayıblar. Zülfiyyə 10 yaşında məşqlərə başlamaq istəsə də, arzusunu yalnız 16 yaşında reallaşdıra bilib.

1986-cı ildə cüdo ilə məşğul olmağa başlayıb. İlk məşqlərindən cəmi ay yarım sonra yarışda iştirak edərək üçüncü yeri tutub. Bir neçə ay keçdikdən sonra isə gənclər arasında Azərbaycan çempionu olub.

Bu sürətli yüksəliş onun ailəsinin də idmana münasibətini dəyişməyə başlayıb. Əvvəllər məşqlərinə qarşı çıxan qardaşı sonralar ən böyük azarkeşinə çevrilib. Hətta Zülfiyyə ikinci və ya üçüncü yeri tutanda belə, ondan niyə çempion olmadığını soruşacaq qədər tələbkar olub.

Qələbələrə baxmayaraq, qarşısına çəkilən sədlər

Zülfiyyə Hüseynovanın karyerasının ən çətin mərhələlərindən biri sovet dövrünə təsadüf edib. O, dörd dəfə SSRİ çempionu olsa da, beynəlxalq yarışlarda iştirak etmək üçün hər zaman imkan əldə etmədiyini deyib.

İdmançının sözlərinə görə, bəzi hallarda özündən geri qalan rəqiblər beynəlxalq turnirlərə göndərilib, o isə kənarda qalıb. Hüseynova bunu həmin dövrdə qadın idmançıların, xüsusilə Qafqazdan olan müsəlman qızların üzləşdiyi münasibətlə əlaqələndirib.

O, bir müsahibəsində hətta Olimpiya Oyunlarına seçim zamanı özünü birinci hesab etsə də, başqa idmançının göndərildiyini bildirib. Bu qərarlar onun üçün ağır olsa da, idmandan uzaqlaşmasına səbəb olmayıb.

Hüseynova sonralar həmin illəri xatırlayarkən iradəsinin onu ayaqda saxladığını vurğulayıb. Onun üçün məğlubiyyət yalnız tatamidə rəqibə uduzmaq deyildi. Bəzən ən böyük mübarizə öz haqqını qorumaq və başladığın yoldan dönməmək idi.

İdmandan kənar: Qız hara, idman hara? deyənlərə meydan oxuyan çempion - Foto

İki idman növündə dünya çempionluğu

Zülfiyyə Hüseynova həm cüdo, həm də sambo üzrə qazandığı uğurlarla Azərbaycan idman tarixində özünəməxsus yer tutub. O, beş dəfə sambo, dörd dəfə isə cüdo üzrə dünya çempionu olub. Avropa çempionatlarında da dəfələrlə fəxri kürsüyə yüksəlib.

1991-ci ildə sambo üzrə SSRİ çempionatında qazandığı qızıl medal, ardınca 1992-ci ildə Avropa və dünya çempionatlarındakı uğurları onun adını daha geniş auditoriyaya tanıdıb.

Lakin Hüseynovanın arzularından biri Olimpiya tatamisində Azərbaycanı təmsil etmək idi. O, bu istəyinə müstəqil Azərbaycanın bayrağı altında nail olub.

1996-cı ildə Atlanta, 2000-ci ildə isə Sidney Yay Olimpiya Oyunlarında 57 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Hər iki turnirdə yeddinci yeri tutub. Olimpiya medalı qazana bilməsə də, iki dəfə dünyanın ən böyük idman səhnəsində ölkəmizi təmsil etmək onun karyerasının mühüm səhifələrindən biri olub.

1995-ci ildə Romada keçirilən Hərbçilərin Dünya Oyunlarında qızıl medal qazanması, 1998-ci ildə Praqada Universiadada və hərbçilər arasında dünya çempionatında birinci olması da onun uğurları sırasındadır.

Tatamidən kənarda başqa bir həyat

Zülfiyyə Hüseynovanın uşaqlıq arzularından biri də polis olmaq idi. Sonralar prokuror olmaq istədiyini də dilə gətirib.

Həyat onu hüquq-mühafizə sahəsinə yaxın bir istiqamətə aparıb. Hüseynova müxtəlif illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Müdafiə Nazirliyinin Ordu İdman Klubunda çalışıb. 1998-ci ildən 2024-cü ilədək Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində fəaliyyət göstərib və mayor rütbəsinə yüksəlib.

Onun həyatında ailə də xüsusi yer tutub. Gələcək həyat yoldaşı ilə idman zalında tanış olub. Maraqlıdır ki, ilk görüşləri sevgi etirafı ilə deyil, birlikdə qaçmaq təklifi ilə başlayıb. Bir müddət dostluq etdikdən sonra münasibətləri başqa mərhələyə keçib. Ailədə oğul övladı dünyaya gəlib.

Hüseynova müsahibələrində idmançı intizamını ailə həyatında da qoruduğunu, övladının rejiminə və gündəlik qaydalarına xüsusi diqqət yetirdiyini söyləyib.

İdmandan kənar: Qız hara, idman hara? deyənlərə meydan oxuyan çempion - Foto

Yaş artdı, qələbə həvəsi azalmadı

Bir çox idmançı peşəkar karyerasını başa vurduqdan sonra tatamiyə vida edir. Zülfiyyə Hüseynova isə idmandan tam uzaqlaşmayıb. Veteranlar arasında keçirilən yarışlarda çıxışlarını davam etdirib, dünya və Avropa səviyyəsində yeni uğurlara imza atıb.

2018-ci ildə paracüdo üzrə Avropa çempionatında bürünc medal qazanması, 2025-ci ilin mayında Riqada veteranlar arasında Avropa çempionatında qızıl medal əldə etməsi onun mübarizə əzminin hələ də tükənmədiyini göstərir.

İdmandan kənar: Qız hara, idman hara? deyənlərə meydan oxuyan çempion - Foto

Onun hekayəsində diqqət çəkən əsas məqam yalnız qazanılan medallar deyil. 16 yaşında idmana başlayan, ailəsinin etirazları ilə üzləşən, sovet dövründə beynəlxalq yarışlara buraxılmadığını deyən və buna baxmayaraq iki Olimpiadada ölkəsini təmsil edən bir idmançıdan danışırıq.

Zülfiyyə Hüseynova üçün tatami heç vaxt sadəcə yarış meydanı olmayıb. O, orada rəqibləri ilə yanaşı, öz qorxuları, çətinlikləri və qarşısına çıxan maneələrlə də mübarizə aparıb.

Bəlkə də onun ən böyük qələbəsi dünya çempionluqlarının sayında deyil. Ən böyük qələbəsi bir vaxtlar "qız hara, idman hara?" deyən düşüncəyə baxmayaraq, öz seçimini etməsi və bu yolda illərlə geri çəkilməməsidir. Çünki bəzən insanın qazandığı ən qiymətli medal boynundan asılan yox, həyat boyu daşıdığı iradə olur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 11:34

"Arsenal" qış transferidə sağ müdafiə, sol vinger və mərkəz hücumçu cəlb etməyi planlaşdırır

Chess
Today, 10:40

Azərbaycan şahmatçısı Xaqan Əhməd Karakasdakı 20 yaşadək gənclər dünya çempionatında gümüş medal qazanıb

Volleyball
Today, 10:29

"Xilasedici" klubunun baş məşqçisi Cəlil Cəlilov: Çempionlar Liqası bizim üçün ilk təcrübə oldu

Football
Today, 10:22

Etan Mbappe ilə müqavilə 2029-cu ilə qədər uzadıldı

Football
Today, 10:01

Rayan, Braziliya milli futbolçusu, PSJ, Real və Liverpool tərəfindən maraqlanır

Football
Today, 09:55

Aleks Kampos Bakıda Çempionlar Liqasında Debüt Edərək Emosional Paylaşımda

Football
Today, 09:19

Messi və Inter Miami MLS pley-offda erkən çıxış etdi

Others
Today, 09:12

Azərbaycan təmsilçiləri Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb

Football
Today, 08:32

İnter Mayami MLS pley‑off mərhələsində Kolombus Kryuya məğlub oldu

Qarabagh FC
Today, 08:00

"Turan Tovuz" – "Kəpəz"ə, "Sabah" – "Araz‑Naxçıvan"a qarşı 13‑cü tur

Others
Today, 03:36

Neymar 2027‑də yeni ətir çıxaracaq: Armaf ilə əməkdaşlıq

Football
Today, 02:07

İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub

Football
Today, 02:03

"Nottingham" "Çelsi"ni 3:2 hesabıyla məğlub etdi — Çelsi ardıcıl üçüncü məğlubiyyəti aldı

Football
Today, 01:26

"Yunus Akgün və Tuğçe Alaca evləndi, Fatih Terim də iştirak etdi"

Football
Today, 01:24

"Səbail" – "Şimal" matçının videoicmalı (5:2)

Football
Today, 00:56

Cəlal Hüseynovun çıxışı nəticəsiz qaldı, komandası 1:0 uduzdu

Football
Yesterday, 23:18

Gürcüstanın baş naziri "Beşiktaş" - "Hapoel Beer-Şeva" matçındakı insidenti qiymətləndirdi

Football
Yesterday, 22:55

İrakli Kobaxidze Beşiktaş‑Hapoel matçında baş verən ciddi təxribatları və polisin müdaxiləsini qiymətləndirir

Football
Yesterday, 22:24

Mahir Emreli "Rakuv"da yeddinci qolunu vurdu

Football
Yesterday, 22:15

Yuri Vernidub: "Futbolçularımız öz üzərlərində işləməyə davam etsələr, daha yaxşı nəticələr qazanacağıq"

Football
Yesterday, 22:13

"Neftçi" "Zirə"yə 1:0 hesabı ilə qalib gəldi - Video

Football
Yesterday, 21:43

Rəşad Sadıqov: "Neftçi"yə qarşı matçda üstün tərəf biz idik

Football
Yesterday, 21:08

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi" matcından sonra Vernidubla söhbətdə əsəbi reaksiya göstərüb

Related news