top
MOK-da Ədalətli Oyunlar Komissiyasının mükafatlandırma mərasimi keçirilib Report.az
19 May 2026, 13:43
- +

MOK-da Ədalətli Oyunlar Komissiyasının mükafatlandırma mərasimi keçirilib

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında qurumun Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) 2025-ci ilin yekunlarına əsasən elan etdiyi nominasiya qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.

Bu barədə "Report"a MOK-un mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, AzƏOK sədri, AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev, millət vəkilləri, MOK-un İcraiyyə Komitəsinin, eləcə də Atletlər Komissiyasının üzvləri, olimpiya mükafatçıları, tanınmış idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Avropa Olimpiya Komitələri (EOC) prezidenti Spiros Kapralosun Avropa Ədalətli Oyunlar Hərəkatına ünvanladığı, ədalətli oyun prinsiplərinin inkişafı və təşviqinə dair video müraciəti nümayiş olunub. Tədbirdə çıxış edən Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsində Ədalətli Oyunlar Komissiyasının artıq 28 ildir fəaliyyət göstərdiyini xatırladıb:

"Böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda Ədalətli Oyunlar Komissiyası Avropada ilk yaranan komissiyalardan biridir. 28 il əvvəl - 1998-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti, cənab İlham Əliyevin təşəbbüsü ilə MOK-da ilk belə komissiya yaradılıb. Son illərdə bu mükafatlar Dünya Ədalətli Oyun Günü ərəfəsində təqdim edilir. İdmanda ədalətli oyun və feyr pley prinsipləri ən vacib məsələlərdən biridir. İdman sahəsində ədalətli oyunlar prinsipi vacib məsələlərdən biridir. Çünki ədalətsiz idman idman deyil. Son illərdə beynəlxalq Olimpiya Hərəkatında "Təhlükəsiz idman" anlayışı da geniş yayılıb. Bu anlayış idmançıların hüquqlarının qorunmasına, onların zədələrdən və ədalətsizlikdən müdafiəsinə xidmət edir. Bundan əlavə, ədalətli oyunda hakimliyin rolu da böyükdür. Hakimliyin obyektiv və ədalətli olması son dərəcə vacibdir. Bütün bunlar saf idmanın insanlığa xidmət etməsinə yönəlmiş amillərdir. İdmanın gözəlliyi də məhz onun ədalətindədir. Hər kəsi Dünya Ədalətli Oyun Günü münasibətilə təbrik edirəm".

Sonra Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsi üzvlərinin və Azərbaycan idmançılarının ədalətli oyun prinsiplərinə dair fikirlərini əks etdirən videoçarx təqdim edilib.

Ardınca çıxış edən Xəzər İsayev qeyd edib ki, MOK-un Ədalətli Oyunlar Komissiyası 1998-ci ildə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və bu günə qədər Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı ilə sıx əməkdaşlıq edir:

"Biz Avropa və Beynəlxalq Ədalətli Oyunlar Komissiyaları ilə birgə işlər görürük. Artıq hər kəs Azərbaycanda idmanın ədalətlə idarə olunduğunun şahidi olub. Bu gün komissiya Avropa Ədalətli Oyunlar hərəkatında öz mövqeyini tutub. Beynəlxalq qurumun sonuncu İcraiyyə Komtitəsinin iclasında texniki komissiyanın Avropa üzrə rəhbəri vəzifəsinə Azərbaycan nümayəndəsi Aysel Sultanovanın təyin olunması da bunun bariz nümunəsidir".

Tədbirdə çıxış edən millət vəkilləri Könül Nurullayeva və Eyvaz Qurbanov isə Ədalətli Oyun Gününün mahiyyətini vurğulayaraq, idmanda etik davranış, qarşılıqlı hörmət və dürüstlük kimi dəyərlərin təbliğinin əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına əsasən təsis etdiyi mükafatlar sahiblərinə təqdim olunub.

"Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi" nominasiyası üzrə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov, "Ədalətli oyun prinsiplərinə sadiq idmançı" nominasiyası üzrə ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva, "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi" nominasiyası üzrə güləş məşqçisi Cəbrayıl Həsənov, "Ədalətli oyun prinsiplərinə sadiq hakim" nominasiyası üzrə Avropa kubokları və Avropa çempionatlarında hakimlik etmiş voleybol hakimi Fuad Ağayev, "Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı" nominasiyası üzrə isə ATV telekanalının əməkdaşı Sənan Şəfizadə mükafata layiq görülüblər.

Qaliblər Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası üzvlərinin rəyi, eləcə də MOK və idman federasiyalarının nümayəndələri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyən edilib.

Komissiya tərəfindən həmçinin "25 illik yubileyi və Ədalətli Oyunlar Hərəkatının təbliğindəki fəaliyyətinə görə" Olimpiya dünyası qəzetinə xüsusi mükafat təqdim olunub. Ardınca qəzetin 25 illik fəaliyyəti və feyr pley dəyərlərinin təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə həmçinin AzƏOK sədri, AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayevə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin "Ədalətli Oyun Karyerası" nominasiyası üzrə diplomu, eləcə də Paris-2024 Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı Qaşim Maqomedova Avropa Ədalətli Oyunlar Hərəkatının "Ədalətli Oyun ruhu" mükafatı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkilləri Eyvaz Qurbanov və Könül Nurullayeva tərəfindən təqdim edilib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 19 may dünyada "Dünya Ədalətli Oyun Günü" kimi qeyd olunur. BMT Baş Assambleyasının 1 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən bu tarix rəsmən elan edilib və idmanda ədalətli oyun prinsiplərinin qlobal səviyyədə təşviqinə həsr olunur. Bu il Dünya Ədalətli Oyun Günü ilə bağlı əsas beynəlxalq mərasim Beynəlxalq Ədalətli Oyunlar Komitəsi və Avropa Ədalətli Oyunlar Hərəkatının birgə təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 01:36

Lionel Messi has been invited to friendly matches for the Argentina national team;

Football
Yesterday, 23:54

Our U-20 national team will play friendly matches against Moldova on October 3 and against Japan on October 6

Football
Yesterday, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Football
Yesterday, 22:35

A new press secretary and other staff have been appointed to AFFA's Media and Public Relations Department

Basketball
Yesterday, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Football
Yesterday, 15:40

Karvan-Yevlax has taken the striker of “Zirə” on loan;

Football
Yesterday, 12:55

"Kapaz" team received a fine of 5,000 manats for pyrotechnics use in the "Gabala" match;

Qarabagh FC
Yesterday, 11:03

Sabah dördüncü ardıcıl quru hesablı qələbəsini qazanaraq Qarabağın rekordunu təkrarladı

Gymnastics
Yesterday, 02:14

Medina Mustafayeva and Vladimir Dolmatov won a silver medal at the World Gymnastics Championships

Basketball
14 September 2026, 21:26

LANDAU Lions lost to Latvian champion VEF Rīga

Football
14 September 2026, 19:55

The contract of "Neftçi" club with Elvin Camalov was terminated by mutual agreement.

Qarabagh FC
14 September 2026, 19:40

Qarabag's player Marko Yankovic has received a call-up to the Montenegro national team and will feature in matches against Armenia.

Minifootball
14 September 2026, 17:43

Araz‑Naxçıvan futsal club changes its transfer policy

Qarabagh FC
14 September 2026, 17:19

Former “Qarabag” player Yassin Benzia did not move to “Turan Tovuz”.

Basketball
14 September 2026, 14:31

“Sabah” basketball club has transferred European Cup winner Tacuan Eyci;

Football
14 September 2026, 00:26

“Şəfa” mode Nicat Mehbalıyev: Getting a call-up to the national team is my biggest wish;

Football
13 September 2026, 23:33

Entries to the match between Şəfa and Sabah will be free

Qarabagh FC
13 September 2026, 20:58

Premyer Liqanın V turunda “Zirə” ilə “Qarabağ” 1:1 hesablı heç-heçə ilə bağlandı

Gymnastics
13 September 2026, 18:38

Mədinə Mustafayeva və Vladimir Dolmatov Aerobika Gimnastikası Dünya Çempionatında Gümüş Medal Qazandılar

Others
13 September 2026, 17:04

Red Star komandası Sea Breeze 2026 turnirində bürünc medal qazandı

Others
13 September 2026, 14:45

Şıxov çimərliyində yelkən üzrə açıq Azərbaycan çempionatı başladı

Football
13 September 2026, 00:14

Azər Bağırov commented on the 1:1 draw in Sumqayıt and the difficulty of the game

Basketball
12 September 2026, 22:51

"Neftçi" basketball team lost two matches in Turkey;

Football
12 September 2026, 22:28

Kapaz defeated Gabala 1-0 - Video review

Related news