top
Avarçəkmə üzrə Prezident Kuboku 2026 ilk dəfə Sərsəng və Qarabağda başlayır Report.az
16 April 2026, 14:22
- ↺ +

Avarçəkmə üzrə "Prezident Kuboku 2026" ilk dəfə Sərsəng və Qarabağda başlayır

Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.

Bu barədə "Report"a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Bildirilib ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə 27 aprel – 1 may aralığında avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

"Prezident Kuboku" ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarından start götürəcək. Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq. Tədbir çərçivəsində eyni zamanda milli musiqi və rəqs nümunələri nümayiş etdiriləcək. Beləliklə, Suqovuşan və Köndələnçaydan sonra Qarabağda yeni bir məkanda avarçəkmə ənənəsinin əsası qoyulacaq.

Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Saat 18:30-dan etibarən baş tutacaq açılış mərasimində əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. Ardınca komandaların Heydər Əliyev prospektindən "Kür" Olimpiya Tədris-İdman Mərkəzinə qədər yürüşü təşkil olunacaq. Parad yekunlaşdıqdan sonra "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi və bədii hissə başlayacaq. Bədii hissədə şoular, müxtəlif rəqs və musiqi nömrələri nümayiş etdiriləcək. Tədbir "Döngə" qrupunun canlı ifaları ilə davam edəcək. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

29 aprel tarixində Qarabağın daha bir dilbər guşələrindən olan Suqovuşan su anbarında yarışlar davam edəcək. "Prezident Kuboku 2026" beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 13:12

Fatimə Hüseynli Superkubokun qalibi: Avropa Oyunları lisenziyası əsas hədəfim

Qarabagh FC
Today, 12:56

"Sabah" - "Borussiya": Azərbaycan təmsilçilərinin Almaniya klublarına qarşı 15 oyunda 1 qələbəsi var

Others
Today, 12:35

Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə təyinat alıb

Qarabagh FC
Today, 12:28

Bernard Lippert: "Sabah"da özünəinam artıb, "Borussiya" isə ideal formasından uzaqdır"

Others
Today, 12:10

Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib

Others
Today, 11:40

CEV Champions League: "Turan" vs the Croatian representative;

Others
Today, 11:30

"Turan"ın baş məşqçisi Ziya Rəcəbov: "Voleybolçularımız təcrübə baxımından rəqibdən üstündür"

Others
Today, 11:14

"Mançester Yunayted" və "Liverpul" Feliks Nmeçanı transfer etmək istəyir

Others
Today, 10:56

Azərbaycan millisinin sabiq məşqçisi Bernard Lippert FIFA eksperti kimi Bakıya gəlir

Others
Today, 10:28

Ronaldu Portuqaliya Futbol Federasiyasından cəzasının yüngülləşdirilməsini istəyib

Others
Today, 09:27

"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında üçüncü oyununa çıxacaq

Football
Today, 03:22

UEFA, Infantino’nun FIFA Forward Enterprise şirkətini yaratma təşəbbüsü haqqında FIFA‑dan izahat tələb edir

Football
Yesterday, 22:25

Cristiano Ronaldo's one-month suspension from Portugal national team matches

Basketball
Yesterday, 22:07

Sabahın baş məşqçisi Lazar Spasiç: İkinci yarıda NTD qarşısında zəif oynadıq

Football
Yesterday, 21:50

Ronaldu bir ay məhdudlaşdırıldı, 255 avro cərimə alıb

Football
Yesterday, 20:27

Ruben Amorim became the third coach in Milan's history

Others
Yesterday, 20:08

Azerbaijan Taekwondo National Team Continues Training Camp in Qabala

Football
Yesterday, 19:59

Sabah U-19 team will play a UEFA Youth League match against Borussia Dortmund on October 20

Basketball
Yesterday, 19:56

Ganja will play its next game in Bulgaria in the FIBA Europe Cup

Minifootball
Yesterday, 19:17

AFFA representative Ferrux Hüseynzadə receives UEFA appointment;

Football
Yesterday, 19:05

Borussia Dortmund held its final training session against "Sabah" at Baku Olympic Stadium - PHOTO/VIDEO

Others
Yesterday, 18:00

Azerbaijani karatekas rank 10th in world championship

Football
Yesterday, 17:25

AC Milan Adrian Rabiot ilə yeni müqavilə danışıqları başladı

Minifootball
Yesterday, 17:08

İlkin Hacıyev: Təcrübəsizlik və bəxtsizlik Azərbaycan U-23 minifutbolunun dünya çempionatında medal qazanmamasına səbəb oldu

Related news