top
AMADA əməkdaşlarının azad olunmuş ərazilərə səfəri: Gənclərlə maarifləndirici görüşlər Report.az
19 May 2026, 15:07
- ↺ +

AMADA əməkdaşlarının azad olunmuş ərazilərə səfəri: Gənclərlə maarifləndirici görüşlər

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları azad olunmuş ərazilərə səfər ediblər.

Bu barədə "Report"a agentliyin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində AMADA nümayəndələri Qarabağ Universitetində olublar. Universitetin rektoru, Agentliyin Müşahidə Şurasının üzvü Şahin Bayramov ilə keçirilən görüşdə ali təhsil ocağının fəaliyyəti, qısa müddətdə əldə olunan nailiyyətlər, azad edilmiş ərazilərdə müasir və beynəlxalq standartlara cavab verən universitetin fəaliyyət göstərməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı gənclər arasında sağlam həyat tərzinin təşviqi, təmiz idman prinsiplərinin aşılanması və gələcək əməkdaşlıq imkanları da müzakirə olunub.

Daha sonra universitetin Hüquqşünaslıq və Tibb fakültələrinin tələbələri ilə görüş keçirilib. Tələbələrə 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi, beynəlxalq standartlar, antidopinq qaydaları və idmanda etik davranış prinsipləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində AMADA əməkdaşları Qarabağ Universitetinin Klinikası, eləcə də Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu ilə tanış olublar. Universitetdə yaradılan müasir tədris və tibbi infrastruktur, tələbələrin praktik biliklərinin artırılması istiqamətində görülən işlər barədə nümayəndələrə ətraflı məlumat təqdim edilib.

Növbəti görüş Şuşa şəhər 1 saylı tam orta məktəbdə təşkil olunub. Məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək şagirdlərin sağlam və düzgün dəyərlər əsasında formalaşmasında maarifləndirici tədbirlərin mühüm rol oynadığını vurğulayıb, gənclərin zərərli vərdişlərdən uzaq yetişdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərə görə AMADA rəhbərliyinə təşəkkürünü bildirib. Görüş zamanı şagirdlərə dopinq və narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və idman karyerasına vurduğu zərərlər barədə məlumat verilib, sağlam və məsuliyyətli həyat tərzinin əhəmiyyəti vurğulanıb. Tədbirin sonunda məktəbin şagirdləri tərəfindən hazırlanmış bədii proqram nümayiş etdirilib.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə səfərin əhəmiyyətini yüksək qiymətləndirərək azad olunmuş ərazilərdə belə maarifləndirici görüşlərin keçirilməsinin gənclər arasında sağlam həyat tərzinin təşviqi, düzgün dəyərlərin formalaşdırılması və təmiz idman prinsiplərinin təbliği baxımından mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Qarabağda yenidən formalaşan təhsil və sosial mühit gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Təhminə Tağı-zadə universitet və məktəblərdə təşkil olunan görüşlərin gənclərin məlumatlılığının artırılmasına, onların zərərli vərdişlərdən uzaq durmasına və cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə töhfə verdiyini vurğulayıb. O, bu kimi təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini və regionlarda maarifləndirmə fəaliyyətinin genişləndiriləcəyini diqqətə çatdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
12 October 2026, 11:51

Nearly 51,000 tickets sold for the “Sabah” vs “Slavia” match – statement to KLUBDAN İDMAN.BİZ

Football
12 October 2026, 11:07

Harry Kane could extend his contract with Bayern until the summer of 2030.

Football
12 October 2026, 09:44

Real Madrid's forward Vinicius Junior has split from his girlfriend

Football
12 October 2026, 09:33

Duşan Vlahoviç debütündən sonra 4 ardıcıl matçda qol vurar, Beşiktaşın XXI əsr rekordunu qırdı

Football
11 October 2026, 22:55

Turan Tovuz beat Şəfa 0:1 - Video review

Qarabagh FC
11 October 2026, 22:25

İmişli – Qarabağ (0:2) match video recap

Judo
11 October 2026, 20:11

Azərbaycan Güləş Federasiyası Cüdo Federasiyasını dünya çempionatındakı tarixi nəticələr münasibətilə təbrik edib

Qarabagh FC
11 October 2026, 09:35

Misli Premyer Liqasında VII turun iki oyunu bu gün yekunlaşdırılacaq

Basketball
10 October 2026, 22:58

"Neftçi" started the season by defeating "Ordu" 83-79, while "LANDAU Lions" beat NTD 102-68;

Basketball
10 October 2026, 09:49

Azərbaycan Basketbol Liqasının II turunda "LANDAU Lions" NTD və "Neftçi" "Ordu" ilə qarşılaşacaq

Football
10 October 2026, 00:41

Azerbaijan women's national team defeated Antalyaspor 2-1.

Football
10 October 2026, 00:33

Video presentation of the 0:0 draw of the Neftçi‑Sabah match

Football
09 October 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Football
09 October 2026, 19:49

Turkish Football Federation dismissed Montella

Football
09 October 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Football
09 October 2026, 12:55

Asif Əliyev: Neftçi və Sabah arasındakı matçda nəticənin heç‑heçə olacağını gözləyir

Football
09 October 2026, 11:31

Mikel Arteta, Arsenalla yeni müqavilə imzalayaraq, dünyanın ən yüksək maaşlı baş məşqçisi oldu

Basketball
09 October 2026, 10:39

ABL will host Sumqayıt against Nakhchivan at home in the second round;

Football
09 October 2026, 05:14

Ancelotti broke a record in Brazil's national team by achieving the lowest win percentage

Football
08 October 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Judo
08 October 2026, 22:46

Judo World Championship held in Baku: Azerbaijan in third place

Football
08 October 2026, 21:23

UEFA appoints AFFA chief for Women's World Cup 2027 qualifying match

Judo
08 October 2026, 19:39

Murad Fətiyev: Dünya çempionatında medallarımızın sayı artacaq

Football
08 October 2026, 19:25

"Imishli" PFK – Zamir Hasanov and Rasul Allahverdiyev part ways;

Related news