İspaniyada keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında tarixi nəticəyə imza ataraq 10 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
"Report"un məlumatına görə, idmançıları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Cüdoçuları yaxınları, azarkeşlər, ictimaiyyət nümayəndələri, mətbuat nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq), Sadiq Məmmədov (73 kq), Ömər Axundov (90 kq) gümüş, İbrahim Talıbov (55 kq), Könül Eyvazlı (48 kq), İlkin Qarayev (66 kq), Ayxan Həsənli və Yaqub Məmmədov isə bürünc medal qazanıblar.