Beynəlxalq Gimnastika Federasiyası (FIG) rusiyalı idmançılara qoyulan məhdudiyyətləri aradan qaldıraraq yarışlarda ölkənin bayrağı və himni altında iştirakına icazə verib.
"Report" xəbər verir ki, bu barədə qərar təşkilatın Misirin Şarm əş-Şeyx şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Analoji qərarla Belarus idmançılarına qoyulan bütün məhdudiyyətlər də ləğv edilib.
Qeyd edək ki, 2024-cü ilin yanvarında FIG rusiyalı gimnastların yalnız neytral status almaq şərti ilə qurumun bayrağı altında keçirilən turnirlərdə iştirakına icazə vermişdi.