Tamblinq üzrə Azərbaycan millisinin üzvü Mixail Malkin Dünya Kuboku seriyasının qalibi olub.
Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
İdmançı mövsüm ərzində keçirilən Dünya Kuboku yarışlarında nümayiş etdirdiyi yüksək və stabil nəticələr sayəsində bu uğura imza atıb.