"Alpin" komandasının fransalı pilotu Pyer Qasli karyerasında ilk dəfə "Formula 1" üzrə İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
"Report" xəbər verir ki, yarış Montsa avtodromunda keçirilib.
İkinci yeri "Mersedes"in britaniyalı pilotu Corc Rassell, üçüncü yeri isə avstraliyalı Oskar Piastri ("Maklaren") tutub. Çempionatın ümumi hesabında liderlik edən italiyalı Kimi Antonelli ("Mersedes") yeddinci olub.
Qeyd edək ki, əsas yarış bazar günü, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.