"Zirə"nin futbolçusu Enrike Kustodio ön çarpaz bağından əməliyyatı olunub.
Bu barədə "Report"a klubdan məlumat verilib.
Əməliyyat müdafiəçinin Vətəni Braziliyada baş tutub.
Enrike Kustodio 6-8 ay sonra yaşıl meydanlara dönəcək.