top
Zinəddin Zidan dünya çempionatları tarixində bir final matçında başla 2 qol vuran yeganə futbolçudur Report.az
09 June 2026, 12:31
- ↺ +

Zinəddin Zidan dünya çempionatları tarixində bir final matçında başla 2 qol vuran yeganə futbolçudur

Zinəddin Zidan dünya çempionatları tarixində bir final matçında başla 2 qol vuran yeganə futbolçudur.

"Report" FIFA-ya istinadən xəbər verir ki, fransalı sabiq yarımmüdafiəçi bunu 1998-ci ildə Braziliyaya (3:0) qarşı görüşdə həyata keçirib.

O, Emmanuel Petit və Yuri Corkayeffin fərqli cinahlardan künc zərbələri ilə ötürdüyü topları rəqib qapısına daxil etməyi bacarıb.

"Zizu"nun "Stad de Frans" stadionunda 20 dəqiqə ərzində başla vurduğu qollar Fransa yığmasının 1998-ci ildən sonrakı 3 dünya çempionatında qeydə alınan ümumi başla vurulan qollarından daha çox olub. Həmin dövrlərdə eyni şəkildə vurulan digər yeganə qol 2006-cı ildə keçirilən dünya çempionatının 1/8 finalında qeydə alınıb. Belə ki, Fransa millisinin digər üzvü Patrik Vieyra İspaniyaya qarşı oyunda başla fərqlənib.

Zidan karyerası ərzində Çexiya, Malta və İsveçrə yığmalarına qarşı matçlarda da başla qollar vurub.

O, həmçinin 2006-cı ildə Almaniyada təşkil olunan dünya çempionatının İtaliya millisinə qarşı final matçda da başla fərqlənməyə yaxın olub. Lakin italiyalı qapıçı Canluici Buffon onun zərbəsinin qarşısını almaqla komandasını qoldan xilas edib.

Qeyd edək ki, dünya çempionatlarının final qarşılaşmalarında başla 2 qol vuran digər yeganə oyunçu Peledir. Lakin braziliyalı hücumçu buna fərqli turnirlərdə nail olub. O, 1958-ci ildə İsveçə, 1970-ci ildə isə İtaliyaya qarşı keçirilən həlledici matçlarda başla fərqlənib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 13:27

Neftçi müdafiəçisi Rüfət Abbasov qırmızı vərəqə barədə izahat verdi

Qarabagh FC
Today, 13:06

Bərdədə Zəfər gününə həsr olunan atletika üzrə rayon birinciliyi keçirilib

Football
Today, 12:41

Ronaldo: "Bizim nəslimizlərdə hər yerdə əsl qatillər var idi, indi futbolçular daha yaxşı qorunur"

Football
Today, 12:28

Xosep Qvardiola "Barselona"ya qayıtmaq niyyəti olmadığını açıqlayıb

Football
Today, 11:34

"Arsenal" qış transferidə sağ müdafiə, sol vinger və mərkəz hücumçu cəlb etməyi planlaşdırır

Chess
Today, 10:40

Azərbaycan şahmatçısı Xaqan Əhməd Karakasdakı 20 yaşadək gənclər dünya çempionatında gümüş medal qazanıb

Volleyball
Today, 10:29

"Xilasedici" klubunun baş məşqçisi Cəlil Cəlilov: Çempionlar Liqası bizim üçün ilk təcrübə oldu

Football
Today, 10:22

Etan Mbappe ilə müqavilə 2029-cu ilə qədər uzadıldı

Football
Today, 10:01

Rayan, Braziliya milli futbolçusu, PSJ, Real və Liverpool tərəfindən maraqlanır

Football
Today, 09:55

Aleks Kampos Bakıda Çempionlar Liqasında Debüt Edərək Emosional Paylaşımda

Football
Today, 09:19

Messi və Inter Miami MLS pley-offda erkən çıxış etdi

Others
Today, 09:12

Azərbaycan təmsilçiləri Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb

Football
Today, 08:32

İnter Mayami MLS pley‑off mərhələsində Kolombus Kryuya məğlub oldu

Qarabagh FC
Today, 08:00

"Turan Tovuz" – "Kəpəz"ə, "Sabah" – "Araz‑Naxçıvan"a qarşı 13‑cü tur

Judo
Today, 07:00

"Qız hara, idman hara?" – Zülfiyyə Hüseynovanın idmanla və həyatla mübarizəsi

Others
Today, 03:36

Neymar 2027‑də yeni ətir çıxaracaq: Armaf ilə əməkdaşlıq

Football
Today, 02:07

İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub

Football
Today, 02:03

"Nottingham" "Çelsi"ni 3:2 hesabıyla məğlub etdi — Çelsi ardıcıl üçüncü məğlubiyyəti aldı

Football
Today, 01:26

"Yunus Akgün və Tuğçe Alaca evləndi, Fatih Terim də iştirak etdi"

Football
Today, 01:24

"Səbail" – "Şimal" matçının videoicmalı (5:2)

Football
Today, 00:56

Cəlal Hüseynovun çıxışı nəticəsiz qaldı, komandası 1:0 uduzdu

Football
Yesterday, 23:18

Gürcüstanın baş naziri "Beşiktaş" - "Hapoel Beer-Şeva" matçındakı insidenti qiymətləndirdi

Football
Yesterday, 22:55

İrakli Kobaxidze Beşiktaş‑Hapoel matçında baş verən ciddi təxribatları və polisin müdaxiləsini qiymətləndirir

Football
Yesterday, 22:24

Mahir Emreli "Rakuv"da yeddinci qolunu vurdu

Related news