Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaolinin yeni iş yeri bəlli olub.
"Report"un məlumatına görə, 66 yaşlı mütəxəssis "Talyeres" komandasının "sükanı arxasına" keçib.
O, bu postda Karlos Tevezi əvəzləyib.
Xatırladaq ki, Xorxe Sampaoli 2017-2018-ci illərdə Argentina yığmasında işləyib. O, daha əvvəl "Renn", "Flamenqo", "Sevilya", "Marsel" klublarında da çalışıb.