top
Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv oldu Report.az
25 May 2026, 11:13
- ↺ +

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv oldu

Peşəkar Futbol Liqası (PFL) Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olunub.

Bu barədə "Report"a PFL-in mətbuat xidmətindən bildirilib.

Bununla bağlı Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuter və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov arasında onlayn görüş keçirilib.

Perlemuter bir çox məsələlər, planlar ətrafında xoş müzakirələrin aparıldığı görüşlə bağlı beynəlxalq qurumun rəsmi saytına təəssüratlarını bölüşüb:

"Azərbaycan Peşəkar Futbol Liqasını Dünya Liqaları Assosiasiyasında salamlamaqdan məmnunuq. PFL idarəetmə, liqa idarəetməsi və uzunmüddətli inkişaf yolu ilə peşəkar futbolun inkişafına güclü sadiqlik nümayiş etdirib. Biz PFL ilə işləməyi və beynəlxalq əməkdaşlıq, şəbəkə paylaşımı və üzvlərimiz arasında ən yaxşı təcrübələrin mübadiləsi yolu ilə onun inkişafını dəstəkləməyi səbirsizliklə gözləyirik".

Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da öz növbəsində məmnunluğunu bildirərək təşəkkür edib:

"Dünya Liqaları Assosiasiyasına qoşulmaq Azərbaycanda peşəkar futbol üçün mühüm bir mərhələdir. Son illərdə klublarımızın və liqamızın peşəkar strukturlarını gücləndirərkən yarışlarımızın təşkilini və baxımlılığını yaxşılaşdırmağa diqqət yetirmişik. Dünya Liqaları Assosiasiyasının bir hissəsi olmaq bizə dünyanın hər yerindən aparıcı liqalarla əməkdaşlıq etmək, təcrübə qazanmaq və mübadiləsini aparmaq, peşəkar futbolun gələcəyi ilə bağlı müzakirələrə töhfə vermək imkanı verəcək. İnanırıq ki, bu əməkdaşlıq həm meydanda, həm də ondan kənarda Azərbaycan futbolunun davamlı inkişafına dəstək olacaq".

1100 klubun təmsil olunduğu üzvlər arasında İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa kimi böyük beşlik ölkələrinin liqaları – İngiltərə Premyer Liqası, İtaliya A Seriyası, İspaniya La Liqası, Almaniya Bundesliqası, Fransa Peşəkar Liqası (1-ci Liqa) və digər güclü futbol ölkələrinin liqaları da var.

Bu görüşlə bağlı Dünya Liqaları Assosiasiyasının rəsmi saytında yayılan məlumatda təqdimat, planlanan qarşılıqlı münasibətlər, üstünlüklər və hədəflər barədə də ətraflı məlumat verilib:

"Dünya Liqaları Assosiasiyası (WLA) və Azərbaycan Peşəkar Futbol Liqası (PFL) məmnuniyyətlə elan edir ki, PFL rəsmi olaraq Dünya Liqaları Assosiasiyasına ən yeni üzvü kimi qoşulub və bu da peşəkar futbol liqalarının qlobal şəbəkəsini gücləndirir.

2008-ci ildə təsis edilən Azərbaycan Peşəkar Futbol Liqası, Azərbaycanın ən yüksək səviyyəli peşəkar yarışı olan Azərbaycan Premyer Liqası, eləcə də Birinci Divizion və milli kubok yarışları da daxil olmaqla, ölkənin peşəkar klub yarışlarının təşkili və idarə olunmasından məsuldur. Son illərdə PFL yarışların idarə olunması, klub lisenziyalaşdırılması, kommersiya inkişafı, yayım, infrastruktur və azarkeşlərin cəlb edilməsi sahəsində təkmilləşdirmələr yolu ilə Azərbaycanda futbolu modernləşdirib və peşəkarlaşdırıb.

PFL həmçinin idarəetmə standartlarını gücləndirmək və yerli futbolun uzunmüddətli inkişafı üçün daha dayanıqlı bir çərçivə yaratmaq üçün klublar və maraqlı tərəflərlə sıx əməkdaşlıq edib.

Dünya Liqaları Assosiasiyasının üzvü olaraq, APFL hər qitədə 50-yə yaxın peşəkar liqanı təmsil edən qlobal şəbəkəyə qoşulacaq. Üzvlük liqaya beynəlxalq təcrübəyə, əməkdaşlığa və idarəetmə, kommersiya inkişafı, oyunçu münasibətləri, yarışların təşkili, hüquqi və tənzimləyici məsələlər və innovasiya daxil olmaqla ən yaxşı təcrübələrin mübadiləsinə çıxış imkanı verəcək.

2016-cı ildə təsis edilən Dünya Liqaları Assosiasiyası dünya miqyasında peşəkar futbol liqalarını təmsil edir və futbolun beynəlxalq idarəetmə strukturları daxilində milli yarışların rolunu gücləndirmək üçün çalışır. Təşkilat liqalar arasında əməkdaşlığı təşviq edir və qlobal miqyasda peşəkar oyunun davamlı və balanslı inkişafı üçün tərəfdardır.

Qeyd edək ki, indiyədək bu liqanın üzvlüyünə MDB ölkələrindən yalnız Ukrayna, Özbəkistan və Latviya qəbul edilib. Noyabr ayında Çexiyanın paytaxt Praqa şəhərində Dünya Liqaları Assosiasiyasının Baş Assambleyası və növbəti seçkilər keçiriləcək. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da bu tədbirə dəvət alıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Yesterday, 23:48

Abdallah Sima 12 ildən sonra Fransa çempionatında bir oyunda beş qol vurdu

Formula 1
Yesterday, 23:33

Corc Rassell Qətər Qran-prisinin sıralanma turunda birinci oldu

Football
Yesterday, 22:56

Dambrauskas "Sabah"ın "Araz-Naxçıvan"a qalibiyyətini və stadionlardakı boşluqları şərh edib

Football
Yesterday, 22:42

Mançester Yunayted antirekord müəyyənləşdirib

Football
Yesterday, 22:20

Rüfət Abdullazadənin komandası 1:0 məğlubiyyətə məruz qaldı

Football
Yesterday, 21:42

Bavariya Hamburgda 0:0 nəticə, qırmızı kartla çarx

Football
Yesterday, 21:39

Sabah Araz‑Naxçıvanı 2-0 məğlub etdi

Football
Yesterday, 20:11

"Əl‑Nəsr" 100‑cü ardıcıl çempionat qolunu vurdu

Football
Yesterday, 19:41

"Turan Tovuz"un son dəqiqə qələbəsi – Video icmalı

Football
Yesterday, 19:12

Azər Məmmədov "Kəpəz"in "Turan Tovuz"a məğlubiyyətini şərh etdi: "Ən azı bir xal qazanmağa layiq idik"

Football
Yesterday, 19:03

"Bursaspor" səfərdə "Vanspor"la 1:1 heç-heçə etdi

Football
Yesterday, 18:40

"Hypers" – "Şirvan": 1:1 (videoicmalı)

Football
Yesterday, 18:19

Azərbaycan 2-ci liqasında 13-cü tur başladı

Football
Yesterday, 17:29

"Bavariya"da Musialanın zədəsi və səhhət problemi komandada narazılıq yaradıb

Football
Yesterday, 16:24

Karbala komandası maliyyə çətinlikləri səbəbindən 14 dəqiqədə məğlubiyyət tapdı

Football
Yesterday, 15:21

"Turan Tovuz" - "Kəpəz": Premyer Liqanın 13-cü turundakı matçın heyətləri açıqlanıb

Football
Yesterday, 15:13

Dövlət qurumları arasında V minifutbol turniri açıldı

Others
Yesterday, 15:01

Fərid Qayıbov Misir nümayəndə heyəti ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib

Football
Yesterday, 14:39

İngiltərə Premyer Liqası klubları "Mançester Siti"nin sahibələrini klubu satmağa məcbur etməyi tələb edir

Football
Yesterday, 14:36

"Beşiktaş‑Hapoel matçı sonrası türk turizm şirkətləri Gürcüstan turlarını ləğv edir"

Others
Yesterday, 14:02

İmaməddin Xəlilovun hədəfi: yenidən paralimpiya və dünya çempionu olmaq

Football
Yesterday, 13:27

Neftçi müdafiəçisi Rüfət Abbasov qırmızı vərəqə barədə izahat verdi

Qarabagh FC
Yesterday, 13:06

Bərdədə Zəfər gününə həsr olunan atletika üzrə rayon birinciliyi keçirilib

Football
Yesterday, 12:41

Ronaldo: "Bizim nəslimizlərdə hər yerdə əsl qatillər var idi, indi futbolçular daha yaxşı qorunur"

Related news