"Neftçi" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
"Report"un məlumatına görə, paytaxt klubu sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə imzalayıb.
21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, "3" nömrəli formanı geyinəcək.
"Neftçi"nin yetirməsi olan R. Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, iki rəsmi oyun keçirib.
Son iki mövsümdə "Şamaxı" klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.