İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanın digər təmsilçisi "Bornmut"un yarımmüdafiəçisi Aleks Skottu heyətinə qatmaq istəyir.
"Report" "Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ingiltərəli oyunçunun keçidi üçün 40 milyon funt sterlinq (47 milyon avro) təklif etməyə hazırdır.
Lakin qarşı tərəf 22 yaşlı futbolçunun dəyərini 70 milyon funt sterlinqdən (82 milyon avro) yüksək qiymətləndirib. "Mançester Yunayted" rəhbərliyinin tələb olunan məbləği yüksək hesab etdiyi və alternativ variantlar axtarışında olduğu bildirilib.
Qeyd edək ki, A. Skott ötən mövsüm bütün turnirlərdə 39 oyunda iştirak edib, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun dəyəri 50 milyon avro təşkil edir.