top
Ayxan Abbasov: “Vəzifəmizi yerinə yetirdik, qrupda birinci yerə yüksəldik” Report.az
Today, 05:55
- ↺ +

Ayxan Abbasov: “Vəzifəmizi yerinə yetirdik, qrupda birinci yerə yüksəldik”

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 13-də Vaduts şəhərində keçirilən Lixtenşteyn – Azərbaycan oyunundan sonra mətbuat konfransında iştirak edib.

"Report" xəbər verir ki, A. Abbasov rəqibin ilk oyunda Azərbaycan millisindən xal aldığına diqqət yetirib və bütün bunların nəzərə alındığını qabardıb.

"Dünən də qeyd etdiyimiz kimi, rəqibin ilk oyunda bizdən xal aldığını bilirdik və bu dəfə öz meydanlarında daha inamlı çıxış edəcəklərini gözləyirdik. Yenə eyni sistemlə, sıx müdafiə quraraq oynamağı və erkən qol vurmağı planlaşdırmışdıq", - o deyib və əlavə edib ki, erkən qol vurulub, ilk dəqiqələrdə təhlükəli hücumlar təşkil edilib, qapı dirəyinə tuş gələn zərbələr olub.

Lakin futbolçularda qələbə qazanmaq istəyi və tələskənlik bir qədər çox idi:

"Bu da hücumlarımızı daha rahat şəkildə sonlandırmağımıza mane olurdu.

Ən əsası, bu turnirdə qarşımıza qoyduğumuz məqsədə çatmaq, birinci yeri tutmaq istəyirdik. Gələcək mövsümlərdə D Liqası keçirilməsə belə, C Liqasına yüksəlmək bizim üçün çox vacib idi. Çempionatın gərgin və stresli keçdiyi bir vaxtda diqqətlərini milli komandaya yönəldərək bu oyunda qələbə qazandıqları üçün futbolçulara təşəkkür edirəm.

Qarşıda Andorra ilə yoldaşlıq görüşümüz var. Həmin matçda bütün futbolçulara şans verməyə çalışacağıq. Komandaya yeni dəvət olunan oyunçuların da milli komandanın ab-havasını hiss etməsi vacibdir".

Xatırladaq ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Vaduts şəhərində keçirilən D Liqasının 2-ci qrupunun matçı Azərbaycan komandasının qələbəsi ilə bitib - 1:0. 26-cı dəqiqədə Mahir Emreli fərqlənib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Yesterday, 19:28

"Kür"un baş məşqçisi: "Şimali Makedoniya qarşısında çətin oyun gözləyirik"

Basketball
Yesterday, 17:29

ABŞ-lı basketbolçu Aubri Makalpayn "Naxçıvan" klubuna birləşib

Football
Yesterday, 17:09

Asim Xudiyev UEFA Millətlər Liqasının Belarus-Albaniya oyunu üçün hakim-inspektor təyinatı alıb

Olympics
Yesterday, 15:07

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını 3 qızıl və 3 gümüş medalla tamamlayıb

Football
Yesterday, 13:49

Əfran İsmayılov: "Azərbaycan millisi UEFA Millətlər Liqasında Lixtenşteynlə səfər oyununda rahat qalibiyyət əldə edə bilər"

Boxing
Yesterday, 13:10

Azərbaycan U-23 Avropa çempionatında 7 boksçu ilə yarışacaq

Qarabagh FC
Yesterday, 12:35

XIII tur Azərbaycan Premyer Liqasında oyun vaxtları açıqlanıb

Football
Yesterday, 12:12

Ozan Kabak qırmızı kart səbəbilə Türkiyə millisinin düşərgəsindən ayrıldı

Boxing
Yesterday, 11:21

Eduard Məmmədov iki qızıl medal qazanaraq 13-cü Avropa çempionu oldu

Football
Yesterday, 11:02

Fransanın LANS klubu baş məşqçisini Yannik Kayuzakla yollarını ayırıb

Volleyball
Yesterday, 10:43

Xilasedici CEV Çempionlar Liqasında Sporting Portugalu 3-2 yenildi – kapitan Vüqar Bayramov: Çətin mübarizəyə baxmayaraq məqsədimizə çatdıq

Football
Yesterday, 09:34

UEFA Millətlər Liqası: Niderland Yunanıstanla, Almaniya Serbiya ilə oyun oynayacaq

Others
Yesterday, 09:10

Kür handball komandası Mingəçəvirdə Şimali Makedoniya klubu WHC Çair ilə EHF Avropa Kuboku müsabiqəsində qarşılaşacaq

Football
Yesterday, 09:00

Azərbaycan millisi bu gün Lixtenşteynlə üz-üzə gəlir

Football
Yesterday, 04:02

İspaniya millisi Çexiyanı məğlub edərək məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Football
12 November 2026, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı

Football
12 November 2026, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır

Football
12 November 2026, 21:39

Toral Bayramov: 'Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik'

Basketball
12 November 2026, 21:31

Gəncə Basketbolu: Azarkeşlərə Daha Yaxşı Oyun Göstərmək İstəyir

Gymnastics
12 November 2026, 19:23

Bilal Qurbanov gümüş medalini tamblinq üzrə dünya çempionatında qazanıb

Judo
12 November 2026, 19:07

Zaqreb Qran-Prisində Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu

Boxing
12 November 2026, 18:47

Məhəmməd Abdullayev Budapeştdə +90 kq-də Gilbert Kabamba ilə qarşılaşacaq

Others
12 November 2026, 18:09

Azərbaycan karateçiləri Gənc və Uşaq İdmançılarından ibarət milliləri Tbilisidə "Tbilisi Open 2026" beynəlxalq turnirində mübarizə aparacaq

Related news