"Karvan-Yevlax" Emin Rüstəmovla yolları ayırıb.
Bu barədə "Report"a Yevlax təmsilçisinin mətbuat xidmətindən bildirlib.
Tərəflər arasında icarə müqaviləsinin müddəti başa çatıb. Emin "Karvan-Yevlax"ın heyətində 16 oyun keçirib.
Qeyd edək ki, komanda Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünü sonuncu - 12-ci pillədə başa vuraraq I Liqaya düşüb.