Fransanın PSJ klubunun 18 yaşlı vingeri İbrahim Mbaye İngiltərə nəhənglərinin diqqət mərkəzinə düşüb.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, gənc futbolçu ilə "Çelsi", "Liverpul", "Mançester Siti" və "Tottenhem" maraqlanırlar.
Almaniyanın "Bayer 04" və "Borussiya" (Dortmund) klublarının da izlədiyi hücumçu üçün Paris təmsilçisi ən azı 50 milyon avro tələb edir.
PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olan İ.Mbaye ötən mövsüm I Liqada keçirdiyi 24 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. O, həmçinin 2025/2026 mövsümünün UEFA Çempionlar Liqasında 4 oyunda şans qazanıb.
Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.