ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
"Report"un məlumatına görə, E qrupunda Fildişi Sahili - Ekvador komandaları qarşılaşıblar. Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Matçın ikinci hissəsində Fildişi Sahili əsas vaxtın son dəqiqələrində hesabı açıb – 1:0. Hücumçu Amad Diallo 90-cı dəqiqədə komandasının qələbə qolunu vurub.
Fildişi Sahili seçməsi 2-ci turda, iyunun 20-də Almaniya millisi, 3-cü turda isə Kurasao yığması (25 iyunda) ilə qarşılaşacaq. Ekvador millisi 2-ci turda Kurasao (21 iyun), 3-cü turda Almaniya seçməsi (25 iyun) ilə qarşılaşacaq.
Qeyd edək ki, qrupun ilk matçında Almaniya Kurasao yığmaları üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.