Futbol üzrə dünya çempionatının İsveçrə - Bosniya və Herseqovina oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında isveçrəlilər hesabda irəli çıxıblar - 1:0.
74-cü dəqiqədə Joan Manzanbi fərqlənib.
00:06
Futbol üzrə dünya çempionatının İsveçrə - Bosniya və Herseqovina oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında qolsuz bərabərliklə davam edir - 0:0.
Qarşılaşmanı portuqaliyalı FIFA referisi Juan Pineyru idarə edir.
18 iyun, 23:48
Futbol üzrə dünya çempionatının İsveçrə - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.
Qarşılaşmanı portuqaliyalı FIFA referisi Juan Pineyru idarə edir.
18 iyun, 23:02
Futbol üzrə dünya çempionatının İsveçrə - Bosniya və Herseqovina oyunu başlayıb.
"Report"un məlumatına görə, B qrupunun II turunun matçı Los-Anceles stadionunda keçirilir.
Qarşılaşmanı portuqaliyalı FIFA referisi Juan Pineyru idarə edir.