UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Masazırdakı "Bank Respublika Arena"da keçirilən oyunda hesab açılmayıb - 0:0.
Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.
20:01
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçı başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.
Qeyd edək ki, komandalar arasında ilk matç Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.