Meksikada futbol üzrə DÇ-2026-nın ilk qolu vurulub
"Report" xəbər verir ki, Meksika - Cənubi Afrika (CAR) qarşılaşmasında meydan sahibləri hesabı açıblar.
Mexikodakı "Mexiko Siti" stadionundakı matçın 9-cu dəqiqəsində Juilan Kinones fərqlənib.
23:06
Meksikada futbol üzrə dünya çempionatına start verilib.
"Report" xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşır.
Paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda başlayan görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
Oyunun start fiti saat 23:00-da səslənib.