Futbol üzrə dünya çempionatında Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən A qrupunun görüşündə birinci hissə başa çatıb.
"Report" xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda ilk hissədən sonra hesab açılmayıb.
Görüşü misirli FIFA referisi Amin Omar idarə edir.
06:01
Meksikada futbol üzrə dünya çempionatına start verilib.
"Report" xəbər verir ki, A qrupunun növbəti matçında Cənubi Koreya Çexiya kollektivi ilə qarşılaşır.
Qvadalaxara stadionunda başlayan görüşü misirli FIFA referisi Amin Omar idarə edir.
Oyunun start fiti saat 06:00-da səslənib.