Cənubi Koreya DÇ-2026-da Çexiya ilə oyunda qalib gəlmək gücündə olub.
"Report" FIFA-ya istinadən xəbər verir ki, bunu asiyalıların baş məşqçisi Hon Myonq-Bo sözügedən qarşılaşmadan sonra deyib.
Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:
"Bu bizim ilk oyunumuz idi və həqiqətən, çox çətin keçdi. Qələbənin özü məni sevindirir, amma bundan da önəmlisi odur ki, futbolçularımız geri düşdükləri vəziyyətdə təslim olmadılar və qələbəni qazandılar. Komandamızın qalib gəlmək gücündə olduğuna əmin idim. Hesab 1:1 olarkən futbolçulara dedim ki, hər zaman oynadığınız kimi oynayın".
Qeyd edək ki, Cənubi Koreya - Çexiya görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.