Almaniyanın "Bavariya" klubu "Bornmut"un (İngiltərə) hücumçusu Eli Junior Krupi ilə maraqlanır.
"Report" "Mail Sport"a istinadən xəbər verir ki, Münhen təmsilçisi Entoni Qordonun "Barselona"ya (İspaniya) keçidindən sonra 19 yaşlı fransalı futbolçunu transfer siyahısına daxil edib.
Almaniya klubu ilkin olaraq məhz ingiltərəli oyunçunu heyətinə qatmağı planlaşdırıb. Hücumçu ilə Premyer Liqanın digər təmsilçiləri "Arsenal", "Liverpul", "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi" klubları da maraqlanır.
Qeyd edək ki, fransalı futbolçu 2025-ci ildən "Bornmut"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. Krupi ötən mövsüm meydana çıxdığı 35 matçda 13 qol vurub.