"Barselona" İspaniya millisinin 30 yaşlı futbolçusu Rodri üçün İngiltərənin "Mançester Siti" klubuna üçüncü dəfə təklif göndərəcək.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Şəhərlilər" Kataloniya təmsilçisinin 50 və 60 milyon avro təkiflərini rədd edib. Üçüncü təklif 60-80 milyon avro aralığında olacaq.
Xatırladaq ki, İspaniya yığması ilə dünya və Avropa çempiou olan Rodri 2019-cu ildən "Mançester Siti"də çıxış edir.