top
AFFA rəsmi Seymur Səlimli: 2027/2028 lisenziyalaşdırma ilə klubların peşəkar inkişafı və idarəetmə keyfiyyəti əsas hədəfdir Report.az
Today, 14:03
- ↺ +

AFFA rəsmi Seymur Səlimli: 2027/2028 lisenziyalaşdırma ilə klubların peşəkar inkişafı və idarəetmə keyfiyyəti əsas hədəfdir

AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəisi Seymur Səlimli "Report"a müsahibə verib. Mütəxəssis 2027/2028 lisenziyalaşdırma mövsümünə dair sualları cavablandırıb. O, həmçinin Lisenziya və Qeydiyyat Departamentinin yenilənmiş təşkilati strukturu, rəsmi sənədlərdə və lisenziyalaşdırma qaydalarında edilən dəyişikliklər barədə danışıb. S.Səlimli klubların növbəti mərhələdə atmalı olduqları addımlarla bağlı keçirdikləri təqdimatlara dair fikirlərini də bölüşüb.

- 2027/2028 mövsümünün lisenziyalaşdırma qaydalarında və rəsmi sənədlərdə hansı dəyişikliklər edilib və bu yeniliklər klubların işinə necə təsir göstərəcək?

- Lisenziyalaşdırma qaydaları hər mövsüm daxili ekspertlərin və UEFA-nın təklifləri əsasında təkmilləşdirilir. Yeniliklər altı əsas meyarı əhatə edir. Mövsümün açılış iclasında və il ərzində keçirilən təlimlərdə klublara bu dəyişikliklər barədə ətraflı məlumat verilir. Əsas məqsəd klubların peşəkar inkişafını və idarəetmə keyfiyyətini yüksəltməkdir. Bu yeniliklər klublar üçün yalnız formal tələblərin yerinə yetirilməsi deyil, həm də dayanıqlı idarəetmə və uzunmüddətli perspektivdə rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyacaq.

- Ötən mövsümün icmalını nəzərə alsaq, Premyer Liqa, I və II Liqa, eləcə də Qadınlar Super Liqası klublarının yeni lisenziyalaşdırma tələblərinə cavab vermək potensialını necə qiymətləndirirsiniz?

- Ümumilikdə geridə qalan illərə nəzər saldıqda, inkişafın müsbət istiqamətdə davam etdiyini görürük. Əsas məqsədimiz bu tendensiyanın davamlı olmasını təmin etmək, klubların yalnız lisenziya əldə etməsinə deyil, eyni zamanda lisenziyalaşdırma meyarlarının tələb etdiyi standartlara uyğun şəkildə inkişaf etməsinə nail olmaqdır.

- Lisenziya və Qeydiyyat Departamentinin yenilənmiş təşkilati strukturu prosesin daha operativ və şəffaf həyata keçirilməsinə hansı töhfələri verəcək?

- Bizim üçün əsas prioritetlərdən biri lisenziyalaşdırma və qeydiyyat proseslərində vahid yanaşmanın qorunması, bütün klublara eyni prinsiplər əsasında münasibət göstərilməsi və tələblərin tətbiqində şəffaflığın təmin edilməsidir. Ümid edirik ki, yenilənmiş təşkilati struktur və komandaya qoşulan əməkdaşların peşəkar fəaliyyəti departamentin ümumi işinə yeni dinamika gətirəcək, həm AFFA daxilində, həm də klublarla münasibətlərdə əməkdaşlığın daha səmərəli qurulmasına şərait yaradacaq.

- Növbəti mərhələdə klubların qarşılaşa biləcəyi ən böyük çətinliklər və ya sistemdə tez-tez rast gəlinən nöqsanlar hansılardır?

- Klubların qarşılaşdığı əsas çətinliklərdən biri müvafiq sahələr üzrə peşəkar və təcrübəli əməkdaşların cəlb olunmasıdır. Lisenziyalaşdırma prosesi yalnız sənədlərin hazırlanması və sistemə yüklənməsi ilə məhdudlaşmır. Bu proses klub daxilində hüquqi, maliyyə, inzibati, idman və infrastruktur məsələləri üzrə əlaqələndirilmiş fəaliyyətin təşkilini tələb edir. Bəzi klublarda bu funksiyalar arasında düzgün iş bölgüsünün aparılmaması, məsul şəxslərin vəzifələrinin dəqiq müəyyənləşdirilməməsi və sənədlərin hazırlanmasına gec başlanılması nəticəsində operativliklə bağlı problemlər yaranır. Bəzən də lisenziyalaşdırma tələblərinin yalnız son tarix yaxınlaşdıqda gündəmə gətirilməsi iş yükünün artmasına və sənədlərdə çatışmazlıqların meydana çıxmasına səbəb olur.

- Qadınlar Super Liqası, eləcə də I və II Liqa klubları üçün lisenziyalaşdırma meyarlarında xüsusi güzəştlər və ya fərqli tələblər nəzərdə tutulub?

- Lisenziyalaşdırma tələbləri müvafiq yarışların səviyyəsi, peşəkarlıq dərəcəsi və tətbiq olunan lisenziya növü nəzərə alınmaqla fərqlənə bilər. Bu baxımdan, bütün liqalar və lisenziya iddiaçıları üçün eyni tələblərin tətbiq edilməsi nəzərdə tutulmur. Daha aşağı liqalarda çıxış edən klublar və lisenziyalaşdırma sisteminə yeni qoşulan iddiaçılar üçün müəyyən meyarlar üzrə fərqli və ya daha uyğunlaşdırılmış tələblər tətbiq olunur. Bununla belə, hər hansı güzəşt yalnız müvafiq qaydalarda nəzərdə tutulduğu halda tətbiq edilir və lisenziya iddiaçısının həmin lisenziya növü üçün müəyyən edilmiş əsas şərtlərə əməl etmək öhdəliyini aradan qaldırmır.

- Lisenziyalaşdırma prosesində sənədləşmə və infrastrukturlarla bağlı problemlər yaşayan klublara AFFA tərəfindən hansı metodiki və ya praktiki kömək göstəriləcək?

- Artıq üç mövsümdür ki, lisenziyalaşdırma prosesində KLS adlı rəqəmsal platformadan istifadə edirik. Bu sistem sənədlərin elektron qaydada təqdim olunmasına, məlumatların daha sistemli şəkildə idarə edilməsinə və klublarla AFFA arasında sənədləşmə prosesinin sadələşdirilməsinə əhəmiyyətli töhfə verir. AFFA üçün klublara metodiki dəstək göstərilməsi vacib istiqamətlərdən biridir. Mövsümün əvvəlində keçirilən açılış iclasında lisenziyalaşdırma qaydaları və tələbləri barədə ümumi məlumat verilir. Bununla yanaşı, mövsüm ərzində klubların ehtiyaclarından asılı olaraq müxtəlif istiqamətlər üzrə əlavə təlim və seminarlar təşkil olunur. İnfrastruktur məsələlərinə gəldikdə isə, burada əsas prinsip ondan ibarətdir ki, klubların istifadə etdiyi stadion və digər müvafiq obyektlər iştirak etdikləri yarışların əsasnamələrində müəyyən edilmiş minimum tələblərə cavab verməli, AFFA və ya PFL-in müvafiq şöbə və ya departamentləri tərəfindən təsdiq edilməlidir. İnfrastrukturla bağlı problemlər yaşayan klublara, praktikada da müşahidə etdiyimiz kimi, mövcud çatışmazlıqların aradan qaldırılması üçün bəzən müəyyən müddət verilir və zərurət yarandıqda alternativ infrastrukturdan istifadə etmələrinə imkan yaradılır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 20:08

Azerbaijan Taekwondo National Team Continues Training Camp in Qabala

Football
Today, 19:59

Sabah U-19 team will play a UEFA Youth League match against Borussia Dortmund on October 20

Minifootball
Today, 19:17

AFFA representative Ferrux Hüseynzadə receives UEFA appointment;

Football
Today, 19:05

Borussia Dortmund held its final training session against "Sabah" at Baku Olympic Stadium - PHOTO/VIDEO

Football
Today, 17:25

AC Milan Adrian Rabiot ilə yeni müqavilə danışıqları başladı

Minifootball
Today, 17:08

İlkin Hacıyev: Təcrübəsizlik və bəxtsizlik Azərbaycan U-23 minifutbolunun dünya çempionatında medal qazanmamasına səbəb oldu

Minifootball
Today, 16:31

Elvin Quliyev: Çexiya ilə matçda ədalətli nəticə heç-heçə olmalı idi

Football
Today, 15:40

Sabah – Ticket sales for the Barcelona match have started

Football
12 October 2026, 11:51

Nearly 51,000 tickets sold for the “Sabah” vs “Slavia” match – statement to KLUBDAN İDMAN.BİZ

Football
12 October 2026, 11:07

Harry Kane could extend his contract with Bayern until the summer of 2030.

Football
12 October 2026, 09:44

Real Madrid's forward Vinicius Junior has split from his girlfriend

Football
12 October 2026, 09:33

Duşan Vlahoviç debütündən sonra 4 ardıcıl matçda qol vurar, Beşiktaşın XXI əsr rekordunu qırdı

Football
11 October 2026, 22:55

Turan Tovuz beat Şəfa 0:1 - Video review

Qarabagh FC
11 October 2026, 22:25

İmişli – Qarabağ (0:2) match video recap

Judo
11 October 2026, 20:11

Azərbaycan Güləş Federasiyası Cüdo Federasiyasını dünya çempionatındakı tarixi nəticələr münasibətilə təbrik edib

Qarabagh FC
11 October 2026, 09:35

Misli Premyer Liqasında VII turun iki oyunu bu gün yekunlaşdırılacaq

Basketball
10 October 2026, 22:58

"Neftçi" started the season by defeating "Ordu" 83-79, while "LANDAU Lions" beat NTD 102-68;

Basketball
10 October 2026, 09:49

Azərbaycan Basketbol Liqasının II turunda "LANDAU Lions" NTD və "Neftçi" "Ordu" ilə qarşılaşacaq

Football
10 October 2026, 00:41

Azerbaijan women's national team defeated Antalyaspor 2-1.

Football
10 October 2026, 00:33

Video presentation of the 0:0 draw of the Neftçi‑Sabah match

Football
09 October 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Football
09 October 2026, 19:49

Turkish Football Federation dismissed Montella

Football
09 October 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Related news