AFFA İntizam Komitəsi II Liqada hakimi təhqir edən futbolçu və məşqçini cəzalandırıb.
"Report" xəbər verir ki, "Şəmkir"in oyunçusu Fuad Əhmədov "Ağstafa Gəncləri" ilə matçın 90-cı dəqiqəsində referini təhqir edib.
Qırmızı vərəqə alan F.Əhmədov dörd oyunluq cəza alıb, kluba 1000 manat cərimə kəsilib.
"Difai"nin məşqçisi Əli Hüseynov isə "Zəngəzur"la matçın 84-cü dəqiqəsində hakimin ünvanına təhqiramiz ifadələr işlədib. Mütəxəssis buna görə dörd oyunluq cəza ilə üzləşib, kluba 1000 manat cərimə kəsilib.