Beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunmuş "Quba Open 2026 – II Beynəlxalq Şahmat Festivalı"nın açılış mərasimi keçirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, ikinci dəfə keçirilən turnir Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində təşkil olunub.
Festivala Azərbaycanla yanaşı, Belarus, Hindistan, İran, İslandiya, Qazaxıstan, İsveçrə, Türkiyə, Ukrayna və Çindən ümumilikdə 350-yə yaxın şahmatçı qatılıb.
Mükafat fondu 24420 manat olan yarış sentyabrın 12-də yekunlaşacaq.