Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün sonuncu görüşlərini keçirəcəklər.
"Report"un məlumatına görə, kişilərdən ibarət yığma XI turda Serbiya ilə üz-üzə gələcək.
Qadınlar İrandan olan rəqibləri ilə qarşılaşacaq.
Kişilərdən ibarət kollektiv 10 turdan sonra 15 xalla 7-ci, qadınlar 13 xalla 23-cü pillədə qərarlaşıb.