Azərbaycan boksçularının Çinin Quyyan şəhərində keçirilmiş Dünya Kubokunda 1 qızıl, 2 bürünc medal qazanması qənaətbəxş nəticədir.
Bu barədə "Report"a açıqlamasında millinin böyük məşqçisi Nəriman Abdullayev bildirib.
O, idmançıların sözügedən yarışda pis çıxış etmədiklərini söyləyib:
"Dünya Kubokunda təşkilatçılıq yüksək səviyyədə idi. Boksçularımız turnirdə pis çıxış etmədilər. Yarışı 1 qızıl və 2 bürünc medalla başa vurduq. Dünyanın bütün güclü boksçuları Dünya Kubokunda iştirak edirdilər. Bu səbəbdən üç medal qazanmağımızı qənaətbəxş nəticə hesab edirik".
Xatırladaq ki, Dünya Kubokunda Səidcəmşid Cəfərov (75 kq) qızıl, Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) bürünc mükafat qazanıb.